Bazar ertəsi, 06 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Şahin Mustafayev dərmanların qiymətindən danışdı


Dərmanların qiymətinin tənzimlənməsinə ilk növbədə həyati vacib və daha çox tələbat olan dərmanlardan başlanılıb və dərman vasitələrinin əsas hissəsinin qiymətlərinin tənzimlənməsinin cari ilin sonuna kimi başa çatdırılması nəzərdə tutulur


Bu sözləri iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev bildirib. 

Oxu.Az Azərbaycan qəzetinə istinadən xəbər verir ki, “Hər dəfə dərman vasitələrinin qiymətləri təsdiqləndikcə Tarif (qiymət) Şurasının müvafiq qərarı, qiymətlər cədvəli və qiymətlərin qüvvəyə minmə tarixi barədə məlumatlar KİV-də veriləcək, İqtisadiyyat və Sənaye Nazirliyinin (www.economy.gov.az), Tarif (qiymət) Şurasının (www.tariff.gov.az) rəsmi internet saytlarında yerləşdiriləcək və Səhiyyə Nazirliyi tərəfindən təqdim edilən dərman vasitələri haqqında elektron məlumatlarda (www.pharma.az) əks olunacaq” - deyə, nazir əlavə edib. 

Onun sözlərinə görə, ilk qərardan sonra 20% dərman vasitəsinin qiyməti 3 dəfədən çox, 40%-dən artıq dərman vasitəsinin qiyməti isə 2 dəfədən çox enib.

Ümumilikdə isə, hazırkı qiymətlərə nisbətən qiymətləri tənzimlənən dərman vasitələrinin 90%-nin qiymətləri enib, qalan hissəsinin qiyməti isə dəyişməyib. 

Nazir həmçinin əlavə edib ki, dərmanların qiymətləri barəsində məlumatlar KİV-də də yayımlanacaq:

“Pərakəndə satış qiyməti dərman vasitəsinin üzərində göstərilməklə yanaşı, müvafiq rəsmi internet resurslarında və KİV-də də yerləşdiriləcəkdir ki, bu da qiymət intizamına ictimai nəzarəti təmin edəcək”.

Ş.Mustafayev dərmanların qiyməti ilə yanaşı, keyfiyyətinə nəzarətin də diqqətdə saxlanılacağını vurğulayıb.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ədalət Şükürovun qızının toyundan ilk - Video

Almaniyada futbol matçı zamanı iğtişaş: 155 polis xəsarət aldı

Türkiyəli diplomat İƏT Baş katibinin islamofobiya üzrə xüsusi nümayəndəsi təyin edilib

DYP-nin “yol tənzimləmələri” və sürücülərin müsibətləri...

Ədalət Şükürov həyat yoldaşı ilə birgə - Foto

Bakıda həkim qadının bıçaqlanması ilə bağlı bəzi təfərrüat

Əhməd Cavadın nəticəsi: “Stalinin kim olduğunu soruşanda nənəm dedi ki, onun adını çəkmə!”

Android 15 yeniləməsi ilk olaraq hansı telefonlara gələcək?

Yeni Rusiya imperiyasının qaçılmaz süqutu - İmperiyanın məhvinə rəhbərlik edən isə Putindir...

Qəzada ölən qadın yenicə direktor vəzifəsindən azad edilibmiş

Ən çox oxunanalar