Bazar ertəsi, 06 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Şeyx Kokovla görüşdü


Bütün Qafqazın Şeyxi Kabarda-Balkarda səfərdədir


Oktyabrın 30-da Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə Kabarda-Balkar Respublikasının prezidenti Yuri Kokov ilə görüşdü.

ANS PRESS-in məlumatına görə, şeyxin səfərinin məqsədi burada keçirilən “Ənənəvi dinlər: mötədilliyə və mehriban qonşuluğa çağırış” mövzusunda keçirdiyi Beynəlxalq elmi konfransda iştirak etməkdi.

Prezident Yuri Kokov iki ölkə arasındakı əlaqələrin yüksək səviyyədə olduğunu və bundan sonra da inkişaf edəcəyinə əminliyini söyləyib. O, Şeyxülislama konfransda iştirakına görə öz minnətdarlığını bildirdi.

Şeyxülislam da səmimi qarşılanmaya görə Prezident Yuri Kokova öz minnətdarlığını bildirib və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin salamlarını çatdırıb. QMİ sədri qeyd edib ki, Azərbaycanla Kabarda-Balkar qardaş respublikalardır və onlar arasında qarşılıqlı münasibətlərin inkişafı hər iki tərəfin maraqlarındadır. Şeyxülislam Allahşükür Paşazadə bildirib ki, dünyada və İslam aləmində baş verən problemlər bizim birgə problemlərimizdir və biz onları birlikdə həll etməliyik.

Sonda Şeyxülislam Kabarda-Balkar Respublikasının başçısını Azərbaycana dəvət edib və tərəflər bir-birinə xatirə hədiyyələri təqdim etiblər.

Qeyd edək ki, Beynəlxalq konfrans dünyada baş verən müharibələrə, din adından sui-istifadələrə, radikallıq və ekstremizm tendensiyası və bu problemlərdən çıxış yollarına həsr edilib.

Xatırladaq ki, səfərdə Şeyxülislam Allahşükür Paşazadəni QMİ sədrinin birinci müavini, Müfti Hacı Salman Musayev, QMİ-nin Xarici əlaqələr şöbəsinin müdiri Müqəddəs Payızov və digərləri müşayət ediblər.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Nərçə Ağayevin 85 illiyi münasibətilə məzarı önündə anım tədbiri keçirilib - Fotolar

Ədalət Şükürovun qızının toyundan ilk - Video

Almaniyada futbol matçı zamanı iğtişaş: 155 polis xəsarət aldı

Türkiyəli diplomat İƏT Baş katibinin islamofobiya üzrə xüsusi nümayəndəsi təyin edilib

"Bakı marafonu 2023"ün qalibi: Hər şey mənim üçün asan oldu

COP29-un Bakıda keçirildiyi müddətdə dünyada hərbi əməliyyatlar dayandırıla bilər

ABŞ münaqişə başlayandan bəri ilk dəfə İsrailə sursat tədarükünü dayandırıb

Ən çox oxunanalar