Bazar ertəsi, 06 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Şimali İraq Kürd Muxtariyyəti müstəqillik referendumunun nəticələrini ləğv edəcək

Şimal İraq Kürd Muxtariyyəti hakimiyyəti müstəqilliklə bağlı referendumun nəticələrini ləğv edəcək


Şimal İraq Kürd Muxtariyyəti hakimiyyəti bunun üçün iki məsələdə zəmanət verilməsini istəyir.
 
Muxtariyyətin baş naziri Neçrivan Bərzani Bağdaddan muxtariyyətin büdcəsinin formalaşdırılması üçün vəsait ayrılması və Şimali İraqa yönəlik hərbi əməliyyat keçirilməməsi yönündə qarantiya almaq üçün fəaliyyətə başlayacaq. Bu məqsədlə kürd lider yaxın vaxtlarda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşməyi planlaşdırır. N. Bərzani Türkiyə prezidentinin bu məsələ ilə əlaqədar Bağdadla Ərbil arasında vasitəçilik etməsini, Türkiyə prezidenti və İraq baş naziri Haydar İbadinin iştirakı ilə üçtərəfli görüşün təşkil edilməsini istəyir.
 
Qeyd edək ki, sentyabrın 25-də kürd muxtariyyətində müstəqillik referendumu keçirilib. Seçicilərin 92,7 faizi bölgənin İraqın tərkibindən çıxmasını dəstəkləyib. Rəsmi Bağdad referendumu qeyri-legitim elan edib və muxtariyyət rəhbərliyi ilə səsvermənin nəticələrini müzakirə etməyəcəyini bəyan edib.  Daha sonra İraq ordusu neft ehtiyatları ilə zəngin Kərkükdə nəzarətin bərpa olunması istiqamətində uğurlu əməliyyat keçirib.(Apa)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Vladimir Putinin yeni avtomobili nümayiş olundu - Video

Nərçə Ağayevin 85 illiyi münasibətilə məzarı önündə anım tədbiri keçirilib - Fotolar

“Bakı marafonu 2024”ün qalibləri müəyyənləşib - Yenilənib

Nərimanovda bələdiyyə sədri Təmraz Tağıyev ağacların qəniminə çevrilib - Fotolar

Ədalət Şükürovun qızının toyundan ilk - Video

Bakıda həkim xanımını bıçaqlamaqda şübhəli bilinən ər saxlanıldı

Türkiyəli diplomat İƏT Baş katibinin islamofobiya üzrə xüsusi nümayəndəsi təyin edilib

Almaniyada futbol matçı zamanı iğtişaş: 155 polis xəsarət aldı

COP29-un Bakıda keçirildiyi müddətdə dünyada hərbi əməliyyatlar dayandırıla bilər

Ən çox oxunanalar