Çərşənbə axşamı, 07 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Təmirə bağlanan yol açıldı



Təmir olunmuş daha bir yol sürücülərin ixtiyarına verilir


AzVision.az-ın Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nə istinadən məlumatına görə, Bakının Yasamal rayonu Bəxtiyar Vahabzadə küçəsində də aparılan əsaslı təmir-tikinti işləri yekunlaşmaq üzrədir. B.Vahabzadə küçəsinin İnşaatçılar prospekti ilə kəsişməsindən Hüseyn Cavid prospekti ilə kəsişməsinədək olan eni 10 metr, uzunluğu 300 metr olan hissəsində 1 min kvadratmetrlik hissədə əsaslı, 2 min kvadratmetrlik sahədə isə orta təmir işləri aparılıb. Bundan başqa, küçə boyu 600 poqometr yeni səki daşı qoyulub. Sözügedən yolun uzunluğu 300 metr, eni isə 10 metrdir.

Təmir-tikinti işləri aparılan ərazidə deformasiyaya uğramış yol yatağı qazılaraq çıxarılıb, yerində yeni yol yatağı salınıb. Ümumilikdə 3 min kvadrat metr sahəyə yeni asfalt-beton örtüyü döşənir. Artıq yolda aparılan yeni asfalt-beton örtüyünün üst, aşınma qatının döşənməsi işləri də yekunlaşmaq üzrədir. İşlərin bu gün yekunlaşdırılması planlaşdırılır. Sabahdan etibarən isə B.Vahabzadə küçəsinin İnşaatçılar prospekti ilə kəsişməsindən H.Cavid prospekti ilə kəsişməsinədək olan hissəsi tam olaraq sürücülərin ixtiyarına veriləcək.

Artıq bir müddətdir küçənin Hüseyn Cavid prospekti ilə kəsişməsindən Mətbuat prospekti ilə kəsişməsinədək olan 520 metrlik hissəsi əsaslı təmir olunaraq sürücülərin ixtiyarına verilib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ədalət Şükürov həyat yoldaşı ilə birgə - Foto

DYP-nin “yol tənzimləmələri” və sürücülərin müsibətləri...

Bakıda həkim qadının bıçaqlanması ilə bağlı bəzi təfərrüat

Qəzada ölən qadın yenicə direktor vəzifəsindən azad edilibmiş

Əhməd Cavadın nəticəsi: “Stalinin kim olduğunu soruşanda nənəm dedi ki, onun adını çəkmə!”

ABŞ səfiri: Mən bu gün Şuşada olmaqdan xoşbəxtəm - Video

Yeni Rusiya imperiyasının qaçılmaz süqutu - İmperiyanın məhvinə rəhbərlik edən isə Putindir...

Dünyada İT-yə xərclənən vəsait 5 trilyon dolları keçəcək

Almaniya Rusiyadakı səfirini geri çağırdığını təsdiqləyib - Yenilənib

“Gömrükçü” külli miqdarda pulu mənimsədi: Həbs edildi

Ən çox oxunanalar