Çərşənbə, 08 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Üç ölkə Mövlanəyə görə üz-üzə gəldi


Türkiyə və İranın Mövlanə Cəlaləddin Ruminin əsərlərinin ortaq mirasları kimi UNESCO-nun dünya irs siyahısına salınmaq barədə müraciətinə bir ölkə etiraz edib


PİA.AZ anspress-ə istinadən bildirir ki, Əfqanıstan Mövlanənin torpaqlarında doğulduğunu iddia edərək buna qarşı çıxıb. 

Türkiyə və İran müvafiq istəklərini may ayında quruma ünvanlayıblar. Bu müraciətdən yeni xəbər tutan Əfqanıstan isə əks həmləyə keçib. Belə ki, əfqanlar mütəfəkkirin öz torpaqlarında doğulduğunu deyərək onun əsərləri üzərində Əfqanıstanın da haqqı olduğunu bildiriblər. 

Əfqanıstanın İnformasiya və Mədəniyyət Nazirliyi: "Mövlana Belh şəhərində doğulub və bu, bizim qürurumuzdur", - deyə açıqlama yayıb. 

Nazirlik sözçüsü Harun Haklimi UNESCO-nun onlara heç bir müraciət ünvanlamadığını deyib, Əfqanıstanın onun üzərindəki haqqının Türkiyə və İrandan daha çox olduğunu açıqlayıb. Mövlanənin əsərləri Əfqanıstanda orta məktəblərdə tədris edilir. Çox araşdırmaçı onun Belh şəhərində doğulduğunu qəbul etsə də, bəziləri şairin Tacikistandan olduğunu iddia edir. 

Belhin valisi general Ata Muhammed Nur da Əfqanıstanın BMT-dəki təmsilçisini işə başlamağa çağırıb. "Mövlanəni sadəcə iki ölkə ilə məhdudlaşdıraraq heyranlıq duyulan bir adama haqsızlıq etmiş olarıq". 

Belh universitetinin araşdırmaçısı Sadık Usyan Mövlanənin Əfqanıstan mədəniyyətinin bir parçası olduğunu deyib. Onun sözlərinə görə, şairi Əfqanıstandan ayırmaq təhqir və təhdiddir. 

Məsələ ilə bağlı Kabildəki UNESCO nümayəndəsi Rikardo Grassi də açıqlama verib. O, bu məsələdə anlaşılmazlıq yarandığını təsdiqləyib. Onun sözlərinə görə, Mövlana üçün hər bir ölkə müraciət edə bilər. Amma bu müraciətlər haqqında qərar onlar araşdırıldıqdan sonra veriləcək.

Qeyd edək ki, bu məsələyə Əfqanıstan baş naziri Əşrəf Qani Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşündə toxunmuşdu. Qani Ruminin iki ölkənin ortaq dəyəri olduğunu demiş, onun əsərlərini Türkiyə və Əfqanıstanın ortaq mirası adlandırmışdı. 

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda hoteldə zəhərlənərək ölənlər vəzifəli şəxslər olublar - Yenilənib

Azərbaycanda çox sayda insanın zəhərlənməsinə səbəb olan sahibkarlardan biri danışdı - Yenilənib

107 minə görə həbs edilən ər-arvad bəraət aldılar

Deputatları, naziri şantaj edir, hər kəsi baqaja qoyur - Jurnalistlərdən Elmira Axundovaya cavab

Vladimir Putinin andiçmə mərasimi başladı - Video

Vəzifəsindən azad edilən keçmiş baş nazir: “Zənglərdən yorulmuşam, adamı əsəbiləşdirirlər” - Yenilənib

Bu çayların xərçəng yaratdığı - sübut edildi

Paşinyan Putinin andiçmə mərasimində iştirak etməməsinin səbəbini açıqladı: “Dəvət edilmədim”

Azərbaycanda məktəblilər arasında dava: Ölən var  

Ən çox oxunanalar