Bazar ertəsi, 06 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Xanım direktorun Bakı Biznes ve Kooperasiya Kollecində bazar qanunları


Deputat Eldar Quliyevin yaxın qohumu olan xanım direktor kollecdə əsil bazar yaradıb


Fatimə Quliyevanın xeyir duasl ilə bu kollecdə tələbələr sadəcə gündə 5 manat ödəməklə dərsə girməyə bilirlər. Kollecdə təhsil alan 1500-ə yaxın tələbənin 80%-i bu üsulla dərslərdən yayınırlar.

Yəni faktiki olaraq Bakı Biznes ve Kooperasiya Kollecində 5-6 min manat pul toplanır və toplanan bu vəsaitin yarısı xanım direktora çatir. Etitaf etməliyik ki, bu heç də kişik qazanc deyil və təbii ki, bütün iş adamları Fatimə Quliyevanın bu biznesi qarşısında "şapka çıxarmaqla" yanaşı, həm də həsədlərini gizlədə bilməzlər. Hətta adi bir kolleci "qızıl yumurtlayan toyuq"da adlandırmaq olar.

Bakı Biznes ve Kooperasiya Kolleci ilə bağlı redaksiyamıza bir neçə mənbədən maraqlı məlumatlar daxil olub. Narazı tələbələrin bildirdiyinə görə bu təhsil müəssəsində onları əməlli başlı soyurlar. Belə ki, hələ semestr imtahanları bir yana qalsın, burada gündə 5 manat verib ümumiyyətlə dərsdə iştirak etməmək mümkündür. 

Mənbəmiz xüsusilə vurğulayır ki, kollecdə təhsil alan 1500-ə yaxın tələbənin 80%-i bu üsulla dərslərdən yayınırlar. Məlumatlara görə semestr imtahanları zamanı hər bir tələbədən əyani şöbədən 300, qiyabi şöbədən isə 350 manat pul alınlır. Sözü gedən kollecin direktoru Fatimə Quliyeva Azərbaycan Kooperasiya Universitetinin rektoru Eldar Quliyevin yaxın qohumudur. 

Deyilənə görə bu xanım rəhbərlik etdiyi təhsil müəssəsində elə bir rəy yaratmağa çalışır ki, guya baş verənlərdən xəbəri yoxdur. Əslində isə kollecdə baş alıb gedən qanunsuz əməllərin təşkilatçısı məhz elə direktorun özüdür. Birinci müavini Vaqif Mahmudov əli ilə o özünün rüşvətxor rejimini yaratmağa müvəffəq olmuşdur. 

Redaksiyamıza daxil olan məlumatları dəqiqləşdirmək məqsədilə hörmətli Fatimə xanımla əlaqə saxlamaq istəsək də cəhtlərimiz boşa çıxdı. Yalnız Vaqif Mahmudovla əlaqə saxlaya bildik. Vaqif müəllim suallarımıza qarşı tərəf kimi münasibət bildirmək əvəzinə bizi borclu çıxarmağa başladı və hətta bildirdi ki, indi niyə zəng vurmuşuq, semestr imtahanlarına hələ çox var. Belə çıxır ki, əsl mərəkə də məhz semestr imtahanlarında çıxır. (azmedia.info)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Nərçə Ağayevin 85 illiyi münasibətilə məzarı önündə anım tədbiri keçirilib - Fotolar

Ədalət Şükürovun qızının toyundan ilk - Video

Almaniyada futbol matçı zamanı iğtişaş: 155 polis xəsarət aldı

Türkiyəli diplomat İƏT Baş katibinin islamofobiya üzrə xüsusi nümayəndəsi təyin edilib

"Bakı marafonu 2023"ün qalibi: Hər şey mənim üçün asan oldu

COP29-un Bakıda keçirildiyi müddətdə dünyada hərbi əməliyyatlar dayandırıla bilər

ABŞ münaqişə başlayandan bəri ilk dəfə İsrailə sursat tədarükünü dayandırıb

Ən çox oxunanalar