Xızı rayonunda (rayon mərkəzindən 60 km aralı dağlıq ərazi) dağlıq ərazidə yanğın olub
Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, nəticədə 100 ha sahədə otlaq sahə və meşə zolağında 8 ha quru ot və qurumuş ağacların kötükləri yanıb.
Yanğın söndürülüb, tüstülənən kötüklərin söndürülməsi davam edir.
Yanğından meşə zolağının qalan hissəsi və yaxınlıqdakı yataqlar mühafizə olunub.
pia.az