Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Yanacağın qiyməti qalxdı, sahibkarlar isə müflisləşir


İlham Əliyev: "Sahibkarlığın inkişafı dövlət siyasətidir"


Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" imzaladığı fərman bu sahədə yaranan problemlərin aradan qaldırılmasının zəruriliyini bir daha təsdiq etdi. Fərmanın qəbul olunmasında məqsəd Azərbaycanda sahibkarlığa dövlət dəstəyini artırmaq, sahibkarlıq sektorunda dövlət-biznes münasibətlərini yeni tələblərə uyğun qurmaq və bu sahədə şəffaflığı artırmaqdır. 

Ölkə Prezidenti İlham Əliyev dəfələrlə vurğulayır ki, son illər ölkəmizdə uğurlu iqtisadi islahatların aparılması istiqamətində qazanılmış uğurların əldə olunmasında özəl sektorun, milli sahibkarlar təbəqəsinin rolu kifayət qədər böyükdür. Ötən illər ərzində kiçik və orta sahibkarların güzəştli kreditlərlə təmin olunması, sahibkarların fəaliyyətinə yersiz müdaxilələrin qarşısının alınması, özəl sektorda inkişafa mane olan süni maneələrin aradan qaldırılması istiqamətində bir sıra mühüm addımlar atılmışdır. Dövlət rəhbəri inhisarçılıq, sahibkarlara süni maneələrin yaradılması, hüquq-mühafizə orqanlarının iş adamlarının fəaliyyətinə müdaxiləsi hallarını pisləmiş, bu münasibət konkret qərarlarla müşayiət olunmuşdur. Korrupsiyaya qarşı mübarizə üzrə Dövlət Proqramının təsdiqlənməsi, şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiyanın təsdiqlənməsi, biznes subyektlərinin qeydiyyatı və lisenziya sisteminin sadələşdirilməsi, yerlərdə regional iqtisad və apellyasiya məhkəmələrinin yaradılması kimi tədbirlər bunun əyani təcəssümüdür. Son illər özəl sektorun ümumi daxili məhsul istehsalındakı xüsusi çəkisinin 85 faizə çatması da respublikamız üçün kifayət qədər böyük göstəricidir. Prezident İlham Əliyev özəl sektorun dinamik inkişafına təkcə sosial-iqtisadi yüksəliş xəttinin deyil, həm də demokratikləşmə prosesinin ardıcıllığını, vətəndaşların hüquq və azadlıqlarının etibarlı şəkildə qorunmasını təmin edən başlıca vasitələrdən biri kimi yanaşır. Çünki özəl sektorun inkişafı, dünyanın bütün demokratik ölkələrində olduğu kimi, Azərbaycan cəmiyyətində də sabitlik və tərəqqinin, demokratikləşmə prosesinin hərəkətverici qüvvəsi sayılan milli burjuaziyanın, orta təbəqənin əhatəsini genişləndirir.

Yersiz müdaxilələrə son qoyulacaq

O ki, qaldı yoxlayıcı orqanın hansı hallarda sahibkarın fəaliyyətinin məhdudlaşdırılması barədə qərar qəbul olunması məsələsində təcrübə göstərir ki, bunun üçün bir çox zəruri şərtlərin olduğu qeyd olunur. Yoxlama zamanı aşkar olunmuş qanun pozuntusu insan həyatı və ya sağlamlığı, ətraf mühit və dövlətin əmlak maraqları üçün birbaşa və mühüm təhlükə yaradarsa, həmin qanun pozuntusunun dərhal aradan qaldırılması mümkün olmazsa, yoxlayıcı orqan sahibkarın fəaliyyətinin təkrar məhdudlaşdırılması barədə qərar qəbul edə bilər. Bundan başqa, məhdudlaşma ilə bağlı səlahiyyətlər yoxlayıcı orqanın nəzarət sahəsi üzrə qanunla nəzərdə tutularsa, eləcə də yoxlayıcı orqan bu qanunda göstərilən əsaslarla və müddətlərdə keçirilən plandankənar yoxlama zamanı fəaliyyətin məhdudlaşdırılması haqqında qərarda göstərilən tədbirlərin sahibkar tərəfindən yerinə yetirilmədiyi və ya qismən yerinə yetirildiyi aşkara çıxararsa, sahibkarın fəaliyyətinin məhdudlaşdırılmasına dair qərar çıxarmaq hüququnu özündə saxlayır. Ümumiyyətlə, bu Fərman ölkədə sahibkarları yersiz yoxlamalar və müdaxilələrdən qoruyacaq.

Bütün bu nailiyyətlər, onu deməyə əsas verir ki, Azərbaycanda sahibkarların, iş adamlarının etibarlı himayədarına çevrilmiş Cənab İlham Əliyevin reallaşdırdığı məqsədyönlü siyasət hesabına özəl sektor yeni inkişaf dönəminə qədəm qoymaqla, sahibkarlığın inkişafına diqqət daha da artırılıbdır .

Ziya Məmmədovun Tarif Şurasına müraciəti

Yanacağın qiymətinin qaldırılmasından sonra nazir hərəkətə keçdi. Xatırladaq ki, bir neçə gün əvvəl Nəqliyyat naziri Ziya Məmmədov açıqlamasında bildirmişdi ki, Bakıda 60-a yaxın şirkət sərnişin daşınması ilə məşğul olur və indiki qiymətlər sərnişindaşımanın maya dəyərindən çox aşağıdır.  -Ona görə də nazirlik bununla bağlı Tarif Şurasına müraciət edib. Nazirlik hesab edir ki, ictimai nəqliyyatda qiymət artımı zəruridir.

Ekspertlər etiraz etdi

Son günlərin əsas müzakirə mövzusu, heç şübhəsiz, benzininin və dizel yanacağının qiymətlərinin artırılması ilə bağlıdır. İndi əsas narahatlıq bahalaşan benzinin digər qiymətləri qaldırıb-qaldırmayacağıdır. - Ekspertlər hesab edir ki, yanacağın qiyməti artırılan zaman əhalinin gəlirləri ilə məhsul və xidmətlərin dəyəri arasında uyğunluq, daha doğrusu, gəlirlərin real alıcılıq qabiliyyəti nəzərə alınmalıdır. Qeyd edək ki, ictimai nəqliyyatda gediş haqlarının artırılması məsələsi hələ də gündəmdədir.. Məlumat üçün bildirək ki, nəqliyyat sektorundakı hazırki durumla bağlı Avropa Birliyinin Vətəndaş Cəmiyyəti Forumunun sədri Vüqar Bayramov da maraqlı açıqlamalar verib. İqtisadçı ekspert bildirib ki, nəqliyyat sektorundan da bahalaşma qaçılmazdır: “Xüsusilə də şəhər nəqliyyatında gedişlərin qiyməti artacaq. Çünki şəhər nəqliyyatında qiymətin 70 faizi yanacağın hesabına formalaşır. Yanacaq bahalaşıbsa, deməli şəhər nəqliyyatı da bahalaşacaq”,- deyə Vüqar Bayramov vurğulayıb. Bu belə olmadığı təqdirdə sahibkarların müflisləşməsi zəruridir.

İqtisadçı ekspert Rövşən Ağayevin sözlərinə görə, hesablamalar yanacağın bahalaşmasının büdcəyə 700-800 milyon manat əlavə gəlir gətirəcəyini göstərir. Amma büdcə təşkilatlarının istehlakı hesabına büdcədən əlavə 350 milyon manat da xərc yaranacaq. Qeyd olunduğu kimi isə, narahatlıq yaradan əsas məqam digər sahələrdə qiymətlərin necə olacağıdır. Həmin sahələrdə bahalaşmaya yol verməmək üçün ekspertlər bəri başdan qabaqlayıcı addımların atılmasını təklif edir. Ekspertin sözlərinə görə, sahibkarlıq fəaliyyətinə yersiz və qanunsuz müdaxilələrin qarşısının alınması və eləcə də sahibkarlıq sektorunda korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi vacibdir. Qeyri-rəsmi xərclərin aradan qaldırılması sahibkarlara enerji məhsullarının qiymətinin artımından yaranacaq xərci kompensasiya etmək imkanı verəcək..İqtisadçı ekspert Rövşən Ağayev də sərnişin daşımada qiymətlərin artırılmasının vacibliyini qeyd etdi.

İctimai nəqliyyat sektoruna xüsusi subsidiyaların ayrılmasına ehtiyac var 

Yanacağın qaldırılması ictimai nəqliyyatın rentabelli işləməsinə imkan verməyəcək. O baxımdan ya ictimai nəqliyyatda qiymət artımlarına gedilməlidir, ya da həmin sektora subsidiya verilməlidir. Subsidiyanın verilməsi daha məqsədəuyğundur. Digər bir əsas məsələlərdən biri isə sahibkarların ölkəyə güzəştli şərtlərlə yeni texnologiyalar gətirməsinə və eləcə də idxalda bürokratik əngəllərin aradan qaldırılmasına ehtiyac var.

Yanacağın qiyməti qalxdı, sahibkarlar isə müflisləşdi

Avropa Birliyi ölkələrinin təcrübəsi göstərir ki, yeni və az yanacaq istifadə edən texnologiya xərclərə qənaət imkanı verir. 

Verilən məlumata görə nəqliyyat sahəsində fəaliyyət göstərən sahibkarların vəziyyəti son qiymət artımı ilə bağlı ağır duruma düşmüşdür. Belə ki, adlarının çəkilməsini istəməyən bir qrup sahibkarın sözlərinə görə, indiki vəziyyət belə davam edərsə onların fəaliyyəti maddi baxımdan iflasa uğrayacaq. Bir tərəfdən sahibkarlara nəqliyyatın tənzimlənməsiylə bağlı məlum göstərişdən sonara, yəni şəhərin nəqliyyat sektorunda kiçik tutmlu avtobusların iri tutumlu avtobuslarla əvəzlənməsi və bu sahədə günün tələblərinə uyğun vətəndaşlara nəqliyyat xidmətinin təmin olunması sahibkarlar qarşısında duran ən mühüm və vacib məsələlərdən biridir. İndiki halda isə paytaxtdakı bütün marşrutlar sahibkarlara məxsusdur. 60-a yaxın sahibkar eyni vəziyyəti hal-hazırda yaşayır. Sahibkara benzini baha qiymətə satılərsa, ondan gediş haqqını artırmamağı necə tələb edə bilərsən. Bu, sahibkarın müflisləşməsinə apara bilər. Marşrut sahiblərinin müflisləşməsi isə avtobusların xəttə çıxmaması deməkdi. Bakıda bircə gün marşrut avtobusları işləməsə, vəziyyət necə olar? Buna hökumət razı olarmı? Qətiyyən olmaz. Bakıda marşrut avtobusları mütləq işləməlidir. İşləməlidirsə, benzin almalıdır. Benzin bahalaşıbsa, deməli, ya gediş haqqı bahalaşmalıdır, ya da marşrut sahiblərinin dövlətə ödədiyi rüsum azaldılmalıdır qeyd edək ki, Iritutumlu avtobusları sahibkarlar banklar vasitəsilə əldə etməyə müvəffəq olmuşlar. 82-90 min manat arasında dəyişən qiymətlərlə böyük məbləğdə bank kreditlərinin altına girən sahibkar bankın kreditini, sürücülərin, bu sahədə çalışan işçilərin məvaciblərini üstəgəl nəqliyyata texniki xidmət və sair xərclərin ödənilməsi istiqamətindəki fəaliyyəti mümkünsüz hala gəlmişdir. Məlumata görə, shibkarlar çıxılmaz vəziyyətə düşüblər. Hökumət qiymət məsələsində təcili və təxirəsalınmaz tədbir görməzsə sahibkarlar müflisləşəcək. Bankların kreditləri, işçilərin əməkhaqqları, texniki xidmət və digər xərclərin ödənilməsi sahibkarlığın tədricən müflisləşməsi deməkdir. Sahibkarlar iş adamlarının etibarlı himayədarına çevrilmiş Cənab İlham Əliyevin bu problemin tezliklə aradan qaldıracağına inanırlar. (araşdırmalar davam edir)

Subut Mehdiyev
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Paşinyan: Əks halda həftənin sonunda müharibə olacaq...

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

"Nicat Lənkəranski" ləqəbi ilə tanınan şəxs 1 il 1 ay müddətinə azadlıqdan məhrum edilib - Yenilənib

Ən çox oxunanalar