Çərşənbə axşamı, 07 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Politoloq: “Azərbaycan kimi regional aktyorlar BMT-nin fəaliyyəti ilə bağlı narahatdırlar”


Zaur Məmmədov: “Praktikada BMT qətnamələrinin ikili standartlar ilə müşahiət olunması göz qabağındadır”


“Rəsmi Bakının BMT-də islahatların aparılması ideyasını dəstəkləməsi bəyanatı onu göstərir ki, Azərbaycan kimi regional aktorlar BMT-nin fəaliyyəti ilə bağlı narahatdırlar”.

Politoloq, siyasi elmlər üzrə fəlsəfə doktoru Zaur Məmmədov prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun, “rəsmi Bakı BMT-də islahatların aparılması ideyasını dəstəkləyir”, fikrin PİA.AZ-a şərh edərkən deyib.

Xəbər verdiyimiz kimi V Qlobal Bakı Forumu çərçivəsində keçirilən “Müasir beynəlxalq münasibətlərin nizama salınmasında hansı ittifaqların qurulması zəruridir?”, mövzusunda keçirilən paneldə Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov bildirib ki, rəsmi Bakı BMT-də islahatların aparılması ideyasını dəstəkləyir. Əli Həsənov onu da qeyd edib ki, BMT-nin əksər halda qəbul etdiyi qətnamə və qərarların imperativ xarakter daşımaması, dünyanın müxtəlif regionlarında münaqişələrin alovlanmasına səbəb olan təcavüzkar dövlətlərin cəzalandırılmasına ikili standartlar mövqeyindən yanaşması təəssüf doğurur. Prezidentin köməkçisi müasir beynəlxalq münasibətlərin nizama salınmasında hansı ittifaqların yaranmasının zəruriliyi məsələsi ilə bağlı dünya birliyində  müxtəlif yanaşmaların özünü göstərdiyini də bildirib. O deyib ki, SSRİ-nin dağılması ilə NATO dünyanın yeni geosiyasi mənzərəsini müəyyənləşdirməyə çalışan əsas hərbi-siyasi güc mərkəzinə çevrilib.

Bəs BMT-də islahatlar əsasən hansı sahələri əhatə etməlidir və BMT Təhlükəsizlik Şurasının daimi üzvlərinin, həmçinin bu üzvlərin veto qoymaq hüququ qorunub saxlanılması ədalət və bərabərlik baxımından nə qədər düzgündür?  

Mövzu ilə bağlı politoloq Zaur Məmmədov PİA.AZ-ın əməkdaşının suallarını cavablandırıb.



Zaur Məmmədov: “Əgər tez bir zamanda BMT-də islahatlar keçirilməzsə, o zaman beynəlxalq münasibətlərdə böhran daha da dərinləşəcək və bu, sonda çox böyük problemlərə gətirib çıxaracaq”.


Politoloq qedy edib ki, Beynəlxalq münasibətlər sistemində beynəlxalq aktorlar arasındakı münasibətləri nizama salmaq,  qayda – qanun və sülh yaratmaq üçün mütləq islahatlara və nizamnamənin daha sərt və dəqiq olmasına ehtiyyac var.  İndi faktiki olaraq dünya xaos içərisindədir. Kim güclü tərəfdirsə, o da haqlıdır və istəyinə nail olur. Bu isə, BMT yaradılarkən onun qarşısına qoyduğu məqsədlərə ziddir:

Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun rəsmi Bakının BMT-də islahatların aparılması ideyasını dəstəkləməsi bəyanatı onu göstərir ki, Azərbaycan kimi regional akytorlar BMT-nin fəaliyyəti ilə bağlı narahatdırlar. Təbii ki, dünya ölkələrinin ən böyük və qlobal beynəlxalq təşkilatı olan BMT haqqında narahatlıqları başa düşüləndir. Çünki indiki şəraitdə BMT-nin yararsız təşkilat olmasından ən çox kiçik dövlətlər əziyyət çəkir.

Çoxlu söhbətlər, maraqlı diskussiyalar, bər-bəzəkli cümlələrin arxasında icrası dərhal tələb olunan qətnamələr çoxdur. Praktikada BMT qətnamələrinin ikili standartlar ilə müşayiət olunması göz qabağındadır.  Əli Həsənov çox haqlı olaraq vurğulayıb ki, “BMT vaxtilə İraqın dərhal cazalandırılmasına rəvac verdiyi kimi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəbul etdiyi qətnamələrin də təxirə salınmadan yerinə yetirilməsi üçün prinsipial mövqe nümayiş etdirmir. Liviya ilə bağlı BMT Təhlükəsizlik Şurasının çıxardığı qətnamə dərhal icra olunduğu halda, BMT-nin Ermənistanla bağlı ayrı-ayrı vaxtlarda qəbul etdiyi dörd qətnamə 20 ildən artıqdır, yerinə yetirilmir”. 

Zaur Məmmədov: “İndiki şəraitdə BMT-nin yararsız təşkilat olmasından ən çox kiçik dövlətlər əziyyət çəkir”.


İş orasındadır kı, indi də qüvvədə olan “fəaliyyətsiz”  BMT nizamnaməsi ikinci dünya müharibəsinin sonundakı şəraitə uyğunlaşdırılmışdır. Lakin, aradan illər ötüb. Beynəlxalq siyasi proseslər çox dinamik bir şəkildə inkişaf edir, ona görə də islahatlara mütləq ehtiyyac var. Əgər tez bir zamanda BMT-də islahatlar həyata keçirilməzsə, o zaman beynəlxalq münasibətlərdə böhran daha da dərinləşəcək və bu, sonda çox böyük problemlərə gətirib çıxaracaq. Beynəlxalq münasibətlər sistemində beynəlxalq aktyorlar arasındakı münasibətləri nizama salmaq, qayda-qanun və sülh yaratmaq üçün mütləq islahatlara və nizamnamənin daha sərt və dəqiq olmasına ehtiyyac var.  İndi faktiki olaraq dünya xaos içərisindədir. Kim güclü tərəfdirsə, o da haqlıdır və istəyinə nail olur. Bu isə, BMT yaradılarkən onun qarşısına qoyduğu məqsədlərə ziddir.

O ki, qaldı BMT Təhlükəsizlik Şurasında yer alan 5 daimi üzvə, ABŞ, İngiltərə, Fransa, Rusiya və Çin zənnimcə BMT-də islatatların aparılmasına qarşıdırlar. Çünki, indiki şərait və veto qoymaq hüququ bu 5 dövləti hakimi mütləq edir və bu da təbii olaraq bu 5 dövlətə sərf edir. Veto qoymaq hüququ olan 5 dövlət əslində dünya siyasətini özləri istədikləri məcraya sürükləyə bilirlər. Hazırda Suriyada, Livanda olan vəziyyət də bunu açıqca sübüut edir. Yəni BMT faktiki olaraq veto qoymaq hüququ olan 5 dövlətin əlində oyuncağa çevrilib. Bu isə təbii olaraq başqa dövlətlərin narazılığına səbəb olur. Çünki ədalət və bərabərlik prinsipi burda açıqca pozulur.

Doğrudur, veto qoymaq hüququ olan 5 dövlətin rəsmilərinin də dilindən islahatlarla bağlı bəyanatlar çıxır, lakin bu elə bəyanat olaraq da qalmağa hesablanmış çıxışlardı. Bir neçə ildir ki, əsasən də ABŞ tərəfindən Təhlükəsizlik Şurasının üzvlərinin sayının artırılmasının zəruriliyi barədə söz-söhbətlər gedir. Lakin, bu sahədə düşərgələr arasında ziddiyətlər var.  Rusiya ABŞ-ın marionetkası olan dövlətlərin oraya üzv seçilməsinin əleyhinədir. ABŞ isə öz növbəsində Rusiyanın və Çinin BMT-dəki mövqelərinin zəifləməsinə maraqlıdır. Bundan başqa da tərəflərin barışmayacağı digər  məqamlar var. Göründüyü kimi ziddiyyətli məqamlar çoxdur. Mövzu olduqca genişdir. BMT barədə saatlarla danışmaq , mübahisə etmək olar. Amma mən hansısa nəticənin əldə olunacağına inanmıram”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ədalət Şükürov həyat yoldaşı ilə birgə - Foto

DYP-nin “yol tənzimləmələri” və sürücülərin müsibətləri...

Bakıda həkim qadının bıçaqlanması ilə bağlı bəzi təfərrüat

Qəzada ölən qadın yenicə direktor vəzifəsindən azad edilibmiş

Əhməd Cavadın nəticəsi: “Stalinin kim olduğunu soruşanda nənəm dedi ki, onun adını çəkmə!”

ABŞ səfiri: Mən bu gün Şuşada olmaqdan xoşbəxtəm - Video

Yeni Rusiya imperiyasının qaçılmaz süqutu - İmperiyanın məhvinə rəhbərlik edən isə Putindir...

Almaniya Rusiyadakı səfirini geri çağırdığını təsdiqləyib - Yenilənib

“Gömrükçü” külli miqdarda pulu mənimsədi: Həbs edildi

Dünyada İT-yə xərclənən vəsait 5 trilyon dolları keçəcək

Ən çox oxunanalar