Çərşənbə axşamı, 07 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü - Hansısa irəliləyiş, yoxsa sadəcə görüş?


İlqar Vəlizadə: “Azərbaycan və Ermənsitan xarici işlər nazirlərin görüşü texniki xarakter daşıyan bir görüş idi”.


Zaur Məmmədov: “Ermənistan əgər bu dəfə də danışıqlar prosesinə xələl gətirsə, o zaman danışıqlar prosesini pozan tərəf kimi tanınacaq”.

Xəbər verdiyimiz kimi Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov BMT Baş məclisinin 72-ci sessiyası çərçivəsində ATƏT-in Minsk Qrupunun həmsədrləri İqor Popov (Rusiya Federasiyası), Stefan Viskonti (Fransa), Əndrü Sxofer (ABŞ) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspişikin iştirakı ilə Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanla görüşdü. Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə ətraflı fikir mübadiləsi aparılıb. Bununla bağlı Ermənistan, Azərbaycan və həmsədrlər tərəfindən atılmalı olan addımlar nəzərdən keçirilib. Görüş əsnasında ATƏT-in Minsk Qrupu həmsədrlərinin təklifinə uyğun olaraq, ErmənistanAzərbaycan prezidentlərinin görüşünün keçirilməsi ilə əlaqədar məsələlər müzakirə olunub. Nazir Elmar Məmmədyarov münaqişənin həlli üzrə substantiv danışıqların davam etdirilməsi üçün həmsədrlər tərəfindən səsləndirilən bir sıra maraqlı təkliflərin Azərbaycan tərəfindən dəstəkləndiyini bildirib. O, həmçinin münaqişənin tezliklə həllinə nail olmaq üçün Azərbaycanın məntiqli danışıqlara daim hazır olduğunu bir daha vurğulayıb.

Bu görüşdən sonra effektli danışıqlar üçün şəraitin yaradılmasına və prezidentlərin oktyabrda nəzərdə tutulan görüşündə nəhayət hansısa irəliləyişə ümid etmək olar?  

Bu mövzu ilə bağlı PİA.AZ-ın əməkdaşı politoloq İlqar Vəlizadəyə və siyasi elmlər üzrə fəlsəfə doktoru Zaur Məmmədova müraciət edib.



İlqar Vəlizadə: “Prezidentlərin oktyabrda nəzərdə tutulan görüşü təxirə salına bilinər”.


Vəziyyətin yaxın zamanlarda müsbət mənada dəyişməyəcəyin qeyd edən politoloq İlqar Vəlizadə əlavə edib ki, texniki məsələlərin həlli üçün hansısa, münbit şərait yaradılacaq:

“Düzdür AzərbaycanErmənistan xarici işlər nazirlərinin Nyu-York görüşü keçirildi. Son zamanlar baş verən hadisələrdən sonra xarici işlər nazirlərinin görüşü müsbət haldır. Amma mən xarici işlər nazirlərinin görüşünün nəticəsin optimist kimi qiymətləndirmirəm. Çünki görüş texniki xarakter daşıyan bir görüş idi. Bu görüşü keçirdən tərəflər də açıqlamalarında çox geniş məlumatlar vermirdilər. Bu da o deməkdir ki, orada müzakirə olunan məsələ mürəkkəb və həsas mövzular olub. Ona görə də geniş informasiya verilmədi. 

Mən düşünürəm ki, vəziyyətin yaxın zamanlarda müsbət mənada dəyişməsini gözləmək düzgün olmazdı. Lakin ola bilər ki, texniki məsələlərin həlli üçün hansısa, münbit şərait yaradılacaq. Onu da qeyd edim ki, düşünmürəm ki belə bir vəziyyətdə prezidentlərin görüşü baş tutsun. Yəni prezidentlərin oktyabrda nəzərdə tutulan görüşü təxirə salına bilinər. Amma prezidentlərin görüşü olsa da, güman edirəm ki, həmin görüşdə Sank Peterburq və Vyana görüşlərində əldə olunmuş razılıqlar əsasında danışıqlar olsun”.



Zaur Məmmədov: “Ermənistanda anti-Rusiya əhvalı bilərəkdən hakimiyyət tərəfindən qaldırılır”.


Politoloq Zaur Məmmədovun fikirncə isə Ermənistan hakimiyyəti çaşqınlıq içərisindədir və xalqı ətraf rayonların qaytarılmasına hazırlamaq istəyirlər:

“XİN başçılarının bu dəfəki görüşündə hər iki ölkənin müvafiq nazirləri danışıqlar prosesində irəliləyişə nail olmaq üçün masa üzərində olan təklifləri müzakirə ediblər. Əgər digər görüşlərin müzakirə mövzusu eskalasiyaya yol verməmək və sairlə bağlı olurdusa, bu dəfə vəziyyət daha konkretdir. Söhbət ilkin mərhələdə işğal olunmuş bir nçəçe  ətraf rayonların Azərbaycana qaytarılmasından gedir. Ermənistan əgər bu dəfə də danışıqlar prosesinə xələl gətirsə, o zaman danışıqlar prosesini pozan tərəf kimi tanınacaq .

Hal hazırda Ermənistan Rusiya tərəfindən təzyiq ilə üzləşib. Ona görə bu dövlətdə anti-Rusiya əhvalı bilərəkdən hakimiyyət tərəfindən qaldırılır. Ermənistan hakimiyyəti çaşqınlıq içərisindədir. Bir tərəfdən onlar təzyiqlər qarşısında qərar verməkdə çətinlik çəkirlər, digər tərəfdən isə xalqı ətraf rayonların qaytarılmasına hazırlamaq istəyirlər”.

Nərminə UMUDLU
pia.az
 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ədalət Şükürov həyat yoldaşı ilə birgə - Foto

DYP-nin “yol tənzimləmələri” və sürücülərin müsibətləri...

Bakıda həkim qadının bıçaqlanması ilə bağlı bəzi təfərrüat

Almaniya Rusiyadakı səfirini geri çağırdığını təsdiqləyib - Yenilənib

Qəzada ölən qadın yenicə direktor vəzifəsindən azad edilibmiş

Əhməd Cavadın nəticəsi: “Stalinin kim olduğunu soruşanda nənəm dedi ki, onun adını çəkmə!”

ABŞ səfiri: Mən bu gün Şuşada olmaqdan xoşbəxtəm - Video

Yeni Rusiya imperiyasının qaçılmaz süqutu - İmperiyanın məhvinə rəhbərlik edən isə Putindir...

“Gömrükçü” külli miqdarda pulu mənimsədi: Həbs edildi

Dünyada İT-yə xərclənən vəsait 5 trilyon dolları keçəcək

Ən çox oxunanalar