Çərşənbə axşamı, 07 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ziya Məmmədovun qoçuları polisi də döydü


Nəqliyyat Nazirliyi Nəqliyyat Departamentinin əməkdaşları polis əməkdaşını döyüblər


Bu məlumat vesti.az-a Yasamal Rayon Polis İdarəsi 29-cu polis bölməsindən verilib.

Xəbərə görə, Nəqliyyat Departamentinin Ruslan adlı əməkdaşı avqustun 19-da saat 21:20 radələrində paytaxtın M.Həsənov küçəsi, 1 saylı binanın qarşısında 1986-cı il təvəllüdlü Mehdiyev Aqil Nurəddin oğlunu döyüb.

A.Mehdiyev Daxili İşlər Nazirliyi Təchizat İdarəsinin əməkdaşı, polis serjantıdır. Amma Ziya Məmmədovun nəqliyyatçı qoçusu bunu bilməyib. Çünki A.Mehdiyev döyülən vaxt mülki geyimdə olub. Döyülən polis əməkdaşı baş vermiş insident barədə dərhal 102 xidmətini məlumatlandırıb.

Bununla belə Nəqliyyat Departamentinin Ruslan adlı əməkdaşının şəxsiyyəti hələ tamam aydınlaşdırılmayıb. Bu istiqamətdə araşdırmalar davam edir. Polis bölməsindən bildiriblər ki, olay bütün xırdalıqlarına qədər araşdırılacaq və günahkar cəzalandırılacaq.

Yada salaq ki, mətbuatın bu mövzunu dəfələrlə gündəmə gətirməyinə və diqqət mərkəzində saxlamağına baxmayaraq Nəqliyyat Nazirliyi əməkdaşlarının özbaşınalığı dayanmır. Onlar hələ də sürücüləri, sıravi vətəndaşları saxlayaraq onları döyür, incidir. Cəzası qalmalarından sui-istifadə edən Nəqliyyat Nazirliyinin müfəttişi bu günlərdə daha bir sürücünü saxlayıb döymüşdü. Həmin sürücü də DİN əməkdaşı idi.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ədalət Şükürov həyat yoldaşı ilə birgə - Foto

DYP-nin “yol tənzimləmələri” və sürücülərin müsibətləri...

Bakıda həkim qadının bıçaqlanması ilə bağlı bəzi təfərrüat

Almaniya Rusiyadakı səfirini geri çağırdığını təsdiqləyib - Yenilənib

Qəzada ölən qadın yenicə direktor vəzifəsindən azad edilibmiş

Əhməd Cavadın nəticəsi: “Stalinin kim olduğunu soruşanda nənəm dedi ki, onun adını çəkmə!”

ABŞ səfiri: Mən bu gün Şuşada olmaqdan xoşbəxtəm - Video

Yeni Rusiya imperiyasının qaçılmaz süqutu - İmperiyanın məhvinə rəhbərlik edən isə Putindir...

“Gömrükçü” külli miqdarda pulu mənimsədi: Həbs edildi

Dünyada İT-yə xərclənən vəsait 5 trilyon dolları keçəcək

Ən çox oxunanalar