Bazar ertəsi, 06 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ermənistana gözdağı - Foto


Azərbaycan Ermənistanı darmadağın edə biləcək ballistik raketlər aldı


Azərbaycan Pakistandan orta və yaxın mənzilli müasir ballistik raketlər alıb. Bu barədə “Turan” agentliyi Pakistan KİV-lərinə istinadən xəbər verir.

Pakistan mənbələri bildirir ki, raketlərin alınmasına dair danışıqlar may ayında başlayıb və avqust ayında yekunlaşıb.

Söhbət Pakistan istehsalı olan “Şahin-1” raketlərindən gedir. Bu raketlər 750 kilometr məsafədə hədəfi vurur. “Hatf-1” raketi isə “Şahin-1”in təkmilləşdirilmiş formasıdır və daha uzaq məsafədə hədəfi vura bilir. Onun uçuş məsafəsi 3 min kilometrdir.




“Pakistani defence” saytının məlumatına görə, bu raketlər yüksək dəqiqliyə malikdir və Hava Hücumundan Müdafiə (HHM) sistemləri onu tuta bilmir. Raketlər strateji obyektlərin, komanda məntəqələrinin və infrastrukturun məhv edilməsi üçün nəzərdə tutulub.

Məlumata görə, Azərbaycan Pakistanla yanaşı İsraildən də ballistik raketlər alıb. “İsrael Military İndustries” tərəfindən istehsal edilən raketlər 306 mm kalibrə malikdir, uzunluğu 3,97 metr, döyüş başlığının çəkisi 125 kiloqramdır.




Həmçinin İsrail mənbələri Azərbaycanın bu ölkədən “Spyder” raketdən müdafiə  sistemi aldığı, bu sistemlərin düşmənin orta və yaxın mənzilli raketlərini neytrallaşdırdığını bildirir.

Virtualaz.org saytı qeyd edir ki, Azərbaycanın İsrail və Pakistandan aldığı ballistik raketlər regionda qüvvələr balansını radikal şəkildə dəyişir. Xüsusən də Ermənistan prezidenti Serj Sərkisyanın bu günlərdə Azərbaycanı dəqiq raket zərbələri ilə hədələməsi nəzərə alınarsa...

Sərkisyan bildirmişdi ki, Ermənistanın sərəncamında 300 kilometr məsafədən hədəfi dəqiq vuran ballistik raketlər mövcuddur və həmin raketlər Azərbaycanın istənilən abad şəhərini Ağdama çevirə bilər. Sərkisyanın sovet ordusundan qalma və maye yanacaqla işləyən, bir çox hallarda heç hədəfə gedib çata bilməyən “Skad” raketlərini, yoxsa Rusiyanın Ermənistanda yerləşdirdiyi “İsgəndər M” raketlərini nəzərdə tutduğu məlum olmadı. Belə ki, hər iki raketin uçuş məsafəsi 300 kilometrdir.



Ermənistan prezidenti bu hədə ilə Azərbaycanın İrəvanı vura biləcək imkanlara sahib olduğu ilə bağlı məlumatlara cavab olaraq çıxış etmişdi. Yəni Azərbaycan Pakistan və İsraildən orta mənzilli ballistik raketlər almazdan əvvəl də İrəvana dəqiq raket zərbələri endirmək imkanına malik idi. İndi isə Azərbaycan böyük dağıdıcı gücə malik, hədəfi dəqiq vuran, radarlara yaxalanmayan ballistik raketlər əldə edib və Ermənistanın ona cavab vermək üçün heç bir hərbi vasitəsi mövcud deyil. Bu raketlərin bir neçə zərbəsi İrəvanı və Ermənistanın istənilən yaşayış məntəqəsini yer üzündən silməyə, yaxud Xankəndini xarabaya çevirməyə kifayətdir.




Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Nərçə Ağayevin 85 illiyi münasibətilə məzarı önündə anım tədbiri keçirilib - Fotolar

Vladimir Putinin yeni avtomobili nümayiş olundu - Video

“Bakı marafonu 2024”ün qalibləri müəyyənləşib - Yenilənib

Nərimanovda bələdiyyə sədri Təmraz Tağıyev ağacların qəniminə çevrilib - Fotolar

Türkiyəli diplomat İƏT Baş katibinin islamofobiya üzrə xüsusi nümayəndəsi təyin edilib

Almaniyada futbol matçı zamanı iğtişaş: 155 polis xəsarət aldı

Ədalət Şükürovun qızının toyundan ilk - Video

Bakıda həkim xanımını bıçaqlamaqda şübhəli bilinən ər saxlanıldı

COP29-un Bakıda keçirildiyi müddətdə dünyada hərbi əməliyyatlar dayandırıla bilər

Ən çox oxunanalar