Bazar ertəsi, 06 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Çinlilər Azərbaycanda yeni tut bağları salacaqlar


Kənd təsərrüfatı naziri Heydər Əsədov iyulun 22-də Çin Respublikasının baramaçılıqla məşğul olan qabaqcıl şirkəti “Shandong Guangtong Silkworm”un rəhbərini və nümayəndəsini qəbul edib


Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, şirkətin rəhbəri Fanq Deuen istehsal fəaliyyətləri barədə geniş təqdimatla çıxış edib. Şirkət rəhbəri “Shandong Guangtong Silkworm” şirkətinin baramaçılıq rayonlarında ipəkqurdunun yem bazasının bərpası və kümçülərin yüksək keyfiyyətli tut (çəkil) tingləri ilə təchiz edilməsinin yaxşılaşdırılması məqsədilə 15 iyul tarixində elan olunmuş açıq tenderə qatıldığını bildirib.

Görüşdə Azərbaycanda müasir texnologiyalar əsasında tut tingləri, eləcə də tut ipəkqurdu toxumlarının istehsalının təşkili üzrə birgə əməkdaşlıq imkanları müzakirə olunub.

Nazir H.Əsədov yeni iqtisadi mərhələdə kənd təsərrüfatı məhsullarının istehsalının artırılması, xüsusilə ixracyönümlü sahələrin, o cümlədən Azərbaycanda kənd təsərrüfatının böyük potensiala malik, ənənəvi və əməktutumlu sahələrindən olan ipəkçiliyin inkişaf etdirilməsi ilə bağlı qarşıya qoyulmuş vəzifələr barədə qonaqları məlumatlandırıb. Dövlət başçısı cənab İlham Əliyevin Azərbaycanda ipəkçiliyin inkişafının yenidən vüsət alması ilə bağlı xüsusi tapşırıqlarının içərisində ipəkçiliyin müasir infrastrukturunun yaradılması, o cümlədən də tut sahələrinin genişləndirilməsinin vacibliyini qeyd edib. O, çinli qonaqlara bu istiqamətdə indiyədək görülmüş işlər barədə məlumat verib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Nərçə Ağayevin 85 illiyi münasibətilə məzarı önündə anım tədbiri keçirilib - Fotolar

Ədalət Şükürovun qızının toyundan ilk - Video

Almaniyada futbol matçı zamanı iğtişaş: 155 polis xəsarət aldı

Türkiyəli diplomat İƏT Baş katibinin islamofobiya üzrə xüsusi nümayəndəsi təyin edilib

"Bakı marafonu 2023"ün qalibi: Hər şey mənim üçün asan oldu

COP29-un Bakıda keçirildiyi müddətdə dünyada hərbi əməliyyatlar dayandırıla bilər

ABŞ münaqişə başlayandan bəri ilk dəfə İsrailə sursat tədarükünü dayandırıb

Ən çox oxunanalar