Çərşənbə, 08 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ermənilərin Qarabağ narahatlığının gerçək səbəbi


Arzu Nağıyev: “Bu, ruslarla birlikdə yazılan ssenari əsasında baş verir”; Elxan Şahinoğlu: “Düşmənə sakitlik vermək olmaz”


Prezidentlərin Sankt-Peterburq görüşündən əvvəl Ermənistanda başlayan ajiotaj indi də davam edir. İşğalçı ölkənin bəzi ekspertləri Rusiyanın İrəvanı satdığını, Kremlin Bakı ilə Qarabağ razılaşmasına getdiyini iddia edərək daxildəki müharibə tərəfdarlarını daha radikal mövqe sərgiləməyə sövq edir. 

Ermənistan mətbuatında da aprel savaşından sonra müşahidə olunan anti-Rusiya kampaniyası kəsilmək bilmir. 

Bu arada ABŞ-ın özəl kəşfiyyat araşdırmaları mərkəzi “Stratfor” Peterburqda AzərbaycanErmənistan prezidentləri arasında keçirilmiş son görüşün “azacıq ümid yaratdığını”, ancaq münaqişənin kökündə dayanan məsələlərin həll edilməmiş qaldığını yazıb. Virtualaz.org xəbər verir ki, mərkəzin təhlilində iyunun 20-də Sankt-Peterburqda keçirilmiş görüşdən sonra verilmiş bəyanatda münaqişə zonasına daha çox beynəlxalq müşahidəçinin cəlbinə çağırdığı xatırladılır. Bəyanatda vurğulanır ki, danışıqların bütün tərəfləri mövcud atəşkəs sazişindən razıdır. 

“Ancaq sülhə yönəlik bu diplomatik gedişlərə baxmayaraq, münaqişənin kökündə duran məsələlər həll edilməmiş qalır” - mərkəz bildirir. Qurum vurğulayır ki, liderlərin sülhpərvər vədlərinə baxmayaraq, Ermənistan regiona de-fakto nəzarəti saxlamağa çalışır, mübahisəli ərazinin yerləşdiyi Azərbaycan isə buna qarşı çıxır. Aprel döyüşlərindən sonra Bakı nisbətən kiçik ərazini tutsa da, bu toqquşmalar dondurulmuş münaqişəni alovlandırdı, diplomatik vasitəçilik prosesini də gücləndirdi.

Bəzi ekspertlərə görə, 2016-cı ilin aprelində AzərbaycanErmənistan silahlı qüvvələrinin təmas xəttində müşahidə olunan gərginlik və Azərbaycan ordusunun uğuru münaqişənin həlli ilə bağlı yeni vəziyyətin yaranmasını şərtləndirib. Üstəlik, Ermənistan anlayır və qəbul edir ki, bundan sonrakı dövrdə danışıqlar prosesini uzatmaq, mövcud status-kvonu qoruyub saxlamaq mümkün deyil, beynəlxalq ictimaiyyət bu mövqeni qəbul etməyəcək. Ermənistanın konstruktiv mövqe nümayiş etdirməkdən başqa çıxış yolu qalmayıb. Ona görə də işğalçı ölkədəki müharibə tərəfdarları çıxış yolu kimi Sərkisyan rejimini devirmək variantını nəzərdən keçirməkdədirlər. İşağlçı ölkə daxilində idarəolunmaz vəziyyətin yarana biləcəyi də ehtimal edilir. Bu vəziyyətdə isə ermənilərin həm Rusiyaya qarşı sərt çıxışlar etməsi, həm də Azərbaycana meydan oxuması məntiqli görünmür. Bu mənada ermənilərin oyun oynadığını düşünənlər də az deyil. Güman olunur ki, bu oyunun oynandığı səhnənin arxasında əslində hakimiyyətinin ömrünü uzatmaq istəyən Sərkisyanın özü dayanıb. Bununla o, Qarabağa görə özünə “təhlükə yarandığı” görüntüsü yaratmaq və daha il yarım postunda qalmaq istəyir.  



Politoloq Arzu Nağıyev “Yeni Müsavat”a bildirdi ki, bütün bu açıqlamalar gözlənilən idi: “Bəs onda Ermənistan xarici işlər naziri Nalbəndyan niyə görüşlə bağlı müsbət aşıqlama verirdi? Bundan başqa, görüş ərəfəsində ”dövlət çevrilişi" imitasiyası nəyə nəzərdə tutulmuşdu? Yəni bunlar hamısı göstərir ki, Ermənistan kənardan idarə edilən bir dövlətə çevrilib. Sərkisyan hakimiyyəti bu gün sülh yolu ilə həllə imza atsa da, müharibə yolunu seçsə də, devriləcək. Ən optimal variant kimi ermənilərə xeyir verən variant stasus-kvonu saxlamaqdır". 

Politoloq hesab edir ki, bu, Rusiyanı da qane edir: “Yəni nüfuz davasından tutmuş, silah ixracına qədər Rusiya öz işini görür. Ermənilərin əsas narahatlıqları həm də danışıqlar ərəfəsində Azərbaycan ordusunun keçirdiyi hərbi təlimlərlə bağlıdır. Məlumdur ki, bu təlimlərdə bütün növ qoşunlar iştirak edir və ermənilərin istənilən təxribatı lokal hərbi münaqişə ilə nəticələnəcək və bu da son anda bir necə yaşayış məntəqəsindən ermənilərin qovulması ilə müşayiət oluna bilər. Bütün bunlar erməniləri narahat edir və onlar da elə başa düşürlər ki, bu, ”ruslarla birlikdə yazılan" ssenari əsasında baş verir".



“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu isə hesab edir ki, müşahidə olunan hay-küy erməni hiyləsidir: “Guya elə bir atmosfer yaradırlar ki, Rusiya Azərbaycanla anlaşıb, onlar da bundan narahatdırlar. Bu da bizdə yanlış rahatlıq yaratmalıdır ki, bəlkə doğrudan Kreml Ermənistana təzyiq edir. Əgər belədirsə, biz niyə bunun əlamətini görmürük? Sankt-Peterburq görüşü də danışıqlarda irəliləyiş üçün müsbət zəmin yaratmadı”.

E.Şahinoğlu işğalçı ölkədə baş verən qarışıqlığa, ordudakı biabırçı faktlara da diqqət çəkdi: “Bu, bizim üçün də yaxşıdır ki, düşmənin müdafiə sistemində bu cür problemlər var. Və mən düşünürəm ki, əgər biz 4 günlük savaşda düşmənə bu qədər daxili problem yaratdıqsa, bu istiqamətdə çalışmalarımızı davam etdirməliyik. Yəni yeni hərbi texnika ilə silahlanan ordumuz daima işğalçıya problemlər yaratmalıdır. Düşmənə sakitlik vermək olmaz”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda hoteldə zəhərlənərək ölənlər vəzifəli şəxslər olublar - Yenilənib

Azərbaycanda çox sayda insanın zəhərlənməsinə səbəb olan sahibkarlardan biri danışdı - Yenilənib

107 minə görə həbs edilən ər-arvad bəraət aldılar

Deputatları, naziri şantaj edir, hər kəsi baqaja qoyur - Jurnalistlərdən Elmira Axundovaya cavab

Vladimir Putinin andiçmə mərasimi başladı - Video

Vəzifəsindən azad edilən keçmiş baş nazir: “Zənglərdən yorulmuşam, adamı əsəbiləşdirirlər” - Yenilənib

Bu çayların xərçəng yaratdığı - sübut edildi

Azərbaycanda məktəblilər arasında dava: Ölən var  

Paşinyan Putinin andiçmə mərasimində iştirak etməməsinin səbəbini açıqladı: “Dəvət edilmədim”

Ən çox oxunanalar