Çərşənbə, 08 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rabitə və Nəqliyyat Kollecinin sabiq direktor müavini tutuldu


Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecinin sabiq direktor müavini həbs edilib.


Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan 64 yaşlı Əliyev Ələmdar Müzəffər tutulub.
 
Yasamal Rayon Polis İdarəsindən bildirilib ki, Ə. Əliyev Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecinin sabiq direktor müavinidir. Hələ 2013-cü ildə onun qanunsuz hərəkətləri barədə Ağcabədi rayon sakinlərinin müraciətləri Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsində araşdırılıb. Araşdırma zamanı kollecin direktor müavini Ələmdar Əliyevin qulluq mövqeyindən istifadə etməklə müxtəlif vaxtlarda Ağcabədi rayon sakinlərindən onların övladlarını kollecə qəbul etdirəcəyi adı altında ümumilikdə 5 200 manat məbləğində pul vəsaitini alaraq aldatmasında şübhələr üçün əsaslar olduğundan fakta görə Cinayət Məcəlləsinin 178.2.3-cü (qulluq mövqeyindən istifadə etməklə dələduzluq) maddəsi ilə cinayət işi başlanıb.
 
Bu ilin fevralında Ə. Əliyevin cinayət işi baxılması üçün məhkəməyə göndərilib.
 
Lakin Məhkəmə Ə. Əliyevi həbs etməyib. Bundan narazı qalan şikayətçilər yenidən onun qanunsuz əməlləri barədə vəsatət qaldırıblar. Bunun əsasında onun barəsində həbs qətimkan tədbiri seçilib və barəsində axtarış elan olunub.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda hoteldə zəhərlənərək ölənlər vəzifəli şəxslər olublar - Yenilənib

Azərbaycanda çox sayda insanın zəhərlənməsinə səbəb olan sahibkarlardan biri danışdı - Yenilənib

107 minə görə həbs edilən ər-arvad bəraət aldılar

Deputatları, naziri şantaj edir, hər kəsi baqaja qoyur - Jurnalistlərdən Elmira Axundovaya cavab

Vladimir Putinin andiçmə mərasimi başladı - Video

Vəzifəsindən azad edilən keçmiş baş nazir: “Zənglərdən yorulmuşam, adamı əsəbiləşdirirlər” - Yenilənib

Paşinyan Putinin andiçmə mərasimində iştirak etməməsinin səbəbini açıqladı: “Dəvət edilmədim”

Azərbaycanda məktəblilər arasında dava: Ölən var  

Bu çayların xərçəng yaratdığı - sübut edildi

Ən çox oxunanalar