Çərşənbə axşamı, 07 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Bu vəziyyəti onlara qarşı silah kimi yönəldə bilərik“


“Ermənistan bütün hallarda indiki status-kvonun saxlanmasına çalışır və vəziyyətin düzəlməsini istəmir. Buna görə də əlindən gələni edir ki, münaqişənin həlli günü-gündən uzansın”


Bu fikirləri millət vəkili Fərəc Quliyev deyib.

Onun sözlərinə görə, ermənilər bəzi elementlərdən təzyiq vasitəsi kimi istifadə edirlər: “Vəziyyətin dəyişməsi qaçılmaz olanda belə hakimiyyətin dəyişməsi səviyyəsinə qədər gedirlər. İndi də Ermənistanda baş verən nümayişlər, eləcə də AzərbaycanErmənistan prezidentlərinin oktyabrın 27-də Fransada görüşməsi ərəfəsində əsir düşmüş Dilqəm Əsgərov və Şahbaz Quliyevin məhkəməsinin keçiriləcəyi iddiasının ortaya atılması əbəs yerə deyil. Hesab edirəm ki, bu məsələdən özlərinə qarşı silah kimi istifadə etməyi bacarmalıyıq. Dinc sakinlərin vətənində tutulması, cəzalandırılması və öldürülməsi ilə məşğul olan dövləti ittiham etməyi bacarmalıyıq. Nümunə olaraq da onların əməllərini bu məhkəmə əsasında ifşa edə bilərik”. F. Quliyev onu da qeyd edib ki, dünyanın heç bir yerində işğal olunmuş ərazilərdə yanmış torpaq siyasəti yürüdülmür: “Lakin Ermənistanda tamamilə fərqli mənzərə müşahidə olunur. Odur ki, ermənilərin istifadə etdiyi vəziyyəti onlara qarşı silah kimi də yönəldə bilərik”. Millət vəkili həmçinin Fransada keçirilməsi planlaşdırılan prezidentlərin görüşündən də söz açıb. Onun sözlərinə görə, Azərbaycan siyasətçilərinin böyük əksəriyyəti proqnozlaşdırırlar ki, görüşdən yeni bir şey gözləmək olar: “Hesab edirəm ki, bu görüşdə də yeni heç bir nəticə ortaya çıxmayacaq. Hətta bundan sonra Ermənistanla münaqişənin həlli istiqamətində danışmağın mənası yoxdur. Buna görə də bu istiqamətdə Azərbaycan fərqli yanaşma nümayiş etdirməlidir”.   (modern.az)


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ədalət Şükürov həyat yoldaşı ilə birgə - Foto

DYP-nin “yol tənzimləmələri” və sürücülərin müsibətləri...

Almaniya Rusiyadakı səfirini geri çağırdığını təsdiqləyib - Yenilənib

Bakıda həkim qadının bıçaqlanması ilə bağlı bəzi təfərrüat

Qəzada ölən qadın yenicə direktor vəzifəsindən azad edilibmiş

Əhməd Cavadın nəticəsi: “Stalinin kim olduğunu soruşanda nənəm dedi ki, onun adını çəkmə!”

ABŞ səfiri: Mən bu gün Şuşada olmaqdan xoşbəxtəm - Video

“Gömrükçü” külli miqdarda pulu mənimsədi: Həbs edildi

Yeni Rusiya imperiyasının qaçılmaz süqutu - İmperiyanın məhvinə rəhbərlik edən isə Putindir...

Dünyada İT-yə xərclənən vəsait 5 trilyon dolları keçəcək

Ən çox oxunanalar