Çərşənbə axşamı, 07 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Bakı Nəqliyyat Agentliyi beşinci təkəri xatırladır... " - Ekspert

Ekpert BNA-nın ləğv edilməsini istəyir

"Dövlət orqanlarının strukturunun optimallaşdırılması və idarə edilməsinin təkmilləşdirilməsi tədbirləri çərçivəsində ləğv olunmalı qurumlardan biri Bakı Nəqliyyat Agentliyidir (BNA). DYP, Dövlət Avtomobil Agentliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Naziliyi olduğu halda, NK-nin yanında əlavə bir qrumun saxlanılması beşinci təkəri xatırladır".

Hurriyyet.org bildirir ki, bu sözləri iqtisadçı ekspert Samir İsmayıl sosial şəbəkədə yazıb

Onun sözlərinə görə, BNA fəaliyyəti dövründə ictimai nəqliyyatın keyfiyyətində və məzmununda heç bir müsbət dəyişiklik edə bilməyib: "Belə görünür ki, BNA tıxac probleminin həllini parking yerlərinin sayının azaldılması və cərimə yükünün artırılmasında görür. Agentlik bu yaxınlarda 100 dən çox parking yerinin bağlanması haqqında açıqlama verib. Parking yerlərinin sayının onsuz da az olduğu bir zamanda belə bir addımın atılması absurddur.

Bakı piyada üçün heç bir infrastrukturu olmayan nadir paytaxtlardan biridir. Misal üçün Bakıda əksər keçidlərdə piyadalar üçün svetaforlar ya nəzərdə tutulmayıb, ya işləmir, ya da mövcud tələblərə cavab vermir. Şəhərin lap mərkəzində səkilər yoxdur, ya da bağlanıb. BNA bu problemi həll etmək əvəzinə səki olan ərazilərdə dəmir dirəklər və məhəccərlər qurur. Bakı yollarında quraşdırılan yüksək borderlər onsuz da avtobillərin qapılarını, arxa və ya qabaq panellərini şikəst edib. Belə bir dirəkləri səkilər olmayan yerdə quraşdırmaq əvəzinə, hündür borderlərlə təhciz olunmuş səkilərin üstündə quraşdırırlar.

Nobel, BabəkHeydər Əliyev kimi böyük prospektlərdə piyada keçidlərinin sayı qanunvericiliyin tələblərinə cavab vermir. Bu prospektləri hər gün keçən yüzlərlə insan öz həyatını risk altına qoyur".

Samir İsmayılın sözlərinə görə, BNA-nın yeganə gördüyü müsbət iş pandusların quraşdırılmasıdır: "Amma məsələ burasındadır ki, yolları və səkiləri inşa edən icraçı elə pandusu da düzəltməlidir. Əks halda bizə gecikmiş panduslar çox baha başa gəlir. Ümumiyyətlə, pandusların 20 ildən sonra yada düşməsinin özü maraqlıdır".

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ədalət Şükürov həyat yoldaşı ilə birgə - Foto

DYP-nin “yol tənzimləmələri” və sürücülərin müsibətləri...

Bakıda həkim qadının bıçaqlanması ilə bağlı bəzi təfərrüat

Qəzada ölən qadın yenicə direktor vəzifəsindən azad edilibmiş

Əhməd Cavadın nəticəsi: “Stalinin kim olduğunu soruşanda nənəm dedi ki, onun adını çəkmə!”

ABŞ səfiri: Mən bu gün Şuşada olmaqdan xoşbəxtəm - Video

Yeni Rusiya imperiyasının qaçılmaz süqutu - İmperiyanın məhvinə rəhbərlik edən isə Putindir...

Dünyada İT-yə xərclənən vəsait 5 trilyon dolları keçəcək

Sabah şəxsiyyəti müəyyənləşən dörd itkin şəhid dəfn ediləcək

“Gömrükçü” külli miqdarda pulu mənimsədi: Həbs edildi

Ən çox oxunanalar