Bazar ertəsi, 06 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“ABŞ-Avropa alyansını ən çox zədələyən adam Trampdır” – “Le Monde”

Sarsılan ABŞ-Avropa münasibətlərinin sonrakı taleyi təhlil edilib

Fransanın “Le Monde” qəzetinin siyasi analitiki Alen Fraşon Donald Trampın vurduğu ardıcıl zərbələrlə sarsılan ABŞ-Avropa münasibətlərinin sonrakı taleyini təhlil edib.

Müəllif bu ilin iyunun 6-da II dünya müharibəsində ABŞ qoşunlarının Fransaya çıxarılması ilə bağlı keçirilən bayram tədbirlərində D.Trampın “transatlantik bağların sarsılmazlığı” barədə sözlərini ən azı “əcaib” olaraq dəyərləndirib. “Çünki Ağ Evin indiki sahibi öz sələfləri ilə müqayisədə Amerika-Avropa alyansını ən çox zədələyən adamdır”,-deyə Fraşon qeyd edir.
Yazar trampzimin “qoca qitə”də artıq bir sualı doğurdunu dilə gətirir: “Bundan sonra Amerika (ABŞ) nə qədər bizim strateji partnyorumuz olaraq qalacaq”.

Çünki Fransadakı tədbirdən cəmi 3 gün öncə Donald Tramp Londonda “Breksit”i aktiv şəkildə müdafiə edib və yalnız “breskitçi” siyasətçilərlə görüşüb. O, Böyük Britaniyaya Avropa Birliyi ilə heç bir razılığa gəlmədən və borc ödəmədən tərk etməsini məsləhət görüb. Müəllifin fikrincə, Avropaya bundan artıq düşmənçilik lazım deyil.

“Bu gün Donald Tramp siyasətə boulinq oyunu kimi baxaraq qarşısındakı bütün keqlləri devirməklə məşğuldur. O, NATO-nun məqsədyönlülüyünə şübhə ilə yanaşır, II dünya müharibəsindən sonra Vaşinqtonun özü tərəfindən qurulan, sərbəst ticarət və multilateralizm (beynəlxalq hüquqla idarə edilən-red.) sütünları üzərində qurulan liberal dünya düzənini hədəfə götürüb, hətta Avopa Birliyini özü üçün düşmən bəlli edib”,-deyə yazıda bildirilir.

Vaşinqtonda yerləşən araşdırma mərkəzi Atlantik şuranın eksperti, fransız Benjamen Haddad avropalılara artıq dünyadakı bir çox məsələyə xəyal etdikləri kimi deyil, real əkildə, açıq gözlə baxmağı məsləhət görüb: “Avropa dünyanı Emmanuel Kantın hüquqşünas –oxucular klubu kimi deyil, konfrontasiya meydanı olaraq görməlidir. İndi qaçılmaz tarixi təkan baş verir. ABŞ Avropadan ayrılmaq yolunu götürüb”.

Amerikalı politoloq, Donald Trampın müttəfiqlərinə qarşı davranışlarını incələyən Robert Düjarrik isə avropalıların hələ də döyüş vəziyyətinə gəlmədiyinə təəccüb edir. “Onlar Amerikanın gedişindən sonra yaranacaq boşluğu necə doldurmaq barədə indidən düşünməlidirlər”,-deyə məqalədə vurğulanıb.(musavat.com)

pia.az

 



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ədalət Şükürov həyat yoldaşı ilə birgə - Foto

DYP-nin “yol tənzimləmələri” və sürücülərin müsibətləri...

Bakıda həkim qadının bıçaqlanması ilə bağlı bəzi təfərrüat

Əhməd Cavadın nəticəsi: “Stalinin kim olduğunu soruşanda nənəm dedi ki, onun adını çəkmə!”

Qəzada ölən qadın yenicə direktor vəzifəsindən azad edilibmiş

Yeni Rusiya imperiyasının qaçılmaz süqutu - İmperiyanın məhvinə rəhbərlik edən isə Putindir...

ABŞ səfiri: Mən bu gün Şuşada olmaqdan xoşbəxtəm - Video

Dünyada İT-yə xərclənən vəsait 5 trilyon dolları keçəcək

Sabah şəxsiyyəti müəyyənləşən dörd itkin şəhid dəfn ediləcək

BŞİH-də “Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda ənənəvi elmi-praktik konfrans keçirilib

Ən çox oxunanalar