Bazar, 05 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Metak” şirkəti cərimələnib

Bakı Apelyasiya Məhkəməsində “MET-AK” MMC-nin cərimə edilməsi barədə məhkəmə qərarından verilmiş şikayətə baxılıb

Hakim Əflatun Qasımovun sədrliyi ilə keçirilən iclasda “MET-AK” MMCnin cərimə edilməsi barədə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 5 iyul 2019-cu il tarixli qərarı qüvvədə saxlanılıb.

Qeyd edək ki, məhkəmə Maliyyə Bazarlarına Nəzarət Palatasının yazdığı protokola əsasən, şirkəti İnzibati Xətalar Məcəlləsinin 430.4-cü (avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə) maddəsi ilə təqsirli bilərək cərimələyib.

Bu inzibati xətaya görə, hüquqi şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaitinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir.

1997-ci ildə fəaliyyətə başlayan və ilkin olaraq polad boruların Azərbaycana idxalı və daxili bazarda satışı ilə məşğul olan “ME-TAK” şirkəti 2000-ci ildən istehsalat sexlərində müxtəlif məhsullar istehsal edir. (Report)

pia.az


Etiket: MET-AK MCC

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Vladimir Putinin yeni avtomobili nümayiş olundu - Video

“Bakı marafonu 2024”ün qalibləri müəyyənləşib - Yenilənib

Nərimanovda bələdiyyə sədri Təmraz Tağıyev ağacların qəniminə çevrilib - Fotolar

Nərçə Ağayevin 85 illiyi münasibətilə məzarı önündə anım tədbiri keçirilib - Fotolar

Bakıda həkim xanımını bıçaqlamaqda şübhəli bilinən ər saxlanıldı

Azərbaycan Karate Federasiyasında yeni təyinatlar - Foto

Bakıda məişət tullantıları yanan ərazidən meyit tapılıb

Ən çox oxunanalar