Bazar ertəsi, 14 Oktyabr 2019
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+19 ° Quba
+12 ° Qusar
+24 ° Gəncə
+16 ° Lənkəran
+23 ° Naxçıvan
+26 ° Salyan
+23 ° Şəki

Azərbaycanda bu şəxslərlə bağlı məlumatlar vahid mərkəzdə toplanacaq

Baş Nazir Novruz Məmmədov “Məşğul şəxslər barədə məlumatların əldə olunması, reyestrə daxil edilməsi, reyestrin aparılması və ondan istifadə Qaydası”nı təsdiq edib

“Yeni Sabah” xəbər verir ki, qaydalar “Məşğulluq haqqında” Azərbaycan Respublikasının 2018-ci il 29 iyun tarixli 1196-VQ nömrəli Qanununun tətbiqi barədə” Prezidentinin 2018-ci il 24 avqust tarixli 233 nömrəli Fərmanının 1.1.5-ci yarımbəndinin icrasını təmin etmək məqsədilə hazırlanıb.

Qaydalarda bildirilir ki, reyestr vahid informasiya ehtiyatıdır, onun istifadəsi və mühafizəsi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən təmin edilir.

Məşğul şəxslər barədə məlumatların əldə olunması və reyestrə daxil edilməsi aşağıdakı tələblər nəzərə alınmaqla daxil edilir:

- muzdla işləyənlər barədə - Nazirliyin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin məlumatları əsasında;

- Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-1-ci hissəsinə əsasən Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq edilmiş dövlət orqanlarında müvafiq vəzifələrə (peşələrə) qəbul edilən (götürülən) məşğul şəxslər barədə - həmin orqanlar tərəfindən onları işə qəbul etdikləri (götürdükləri) gündən ən geci 1 (bir) ay müddətində kağız daşıyıcılarda təqdim edilən məlumatlar əsasında;

- mülki-hüquqi xarakterli müqavilələrlə işləyənlər və sahibkarlar barədə - Azərbaycan Respublikası Vergilər Nazirliyinin apardığı elektron informasiya sisteminin məlumatları əsasında;


- mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payı olan məşğul şəxslər barədə məlumatlar Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi və yerli icra hakimiyyəti orqanları tərəfindən kağız daşıyıcılarda:

1. reyestrin fəaliyyətə başladığı tarixə kənd təsərrüfatına yararlı torpaq payı əldə edən məşğul şəxslər barədə məlumatları həmin tarixdən sonra 1 (bir) ay müddətində;

2. reyestrin fəaliyyətə başladığı tarixdən sonra kənd təsərrüfatına yararlı torpaq payı əldə edən məşğul şəxslər barədə məlumatları daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüquqları qeydiyyata alındığı tarixdən sonra 1 (bir) ay müddətində;

- ailə kəndli təsərrüfatının üzvləri barədə - onların uçotunu aparan yerli özünüidarəetmə orqanları tərəfindən uçota alındıqları gündən ən geci 1 (bir) ay müddətində kağız daşıyıcılarda təqdim edilən məlumatlar əsasında;

- haqqı ödənilən vəzifəyə seçilənlər, təyin və ya təsdiq edilənlər barədə - onların seçilməsi, təyin və ya təsdiq edilməsinə dair hüquqi aktları qəbul etmiş orqanların həmin hüquqi aktların qəbul edildiyi tarixdən ən geci 1 (bir) ay müddətində bu barədə kağız daşıyıcılarda təqdim edilən məlumatlar əsasında;

- Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmət edənlər barədə - onları işə (xidmətə) qəbul edən orqanlar tərəfindən onların işə (xidmətə) qəbul edildikləri gündən ən geci 1 (bir) ay müddətində kağız daşıyıcılarda təqdim edilən məlumatlar əsasında, “Dövlət sirri haqqında”, “Əməliyyat-axtarış fəaliyyəti haqqında” və “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikası qanunlarının tələbləri nəzərə alınmaqla;

- ödənişli fəaliyyətlə məşğul olan ali və orta ixtisas təhsili müəssisələrində əyani təhsil alanlar barədə - Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən aparılan elektron informasiya sisteminin məlumatları əsasında;

- Azərbaycan Respublikasının ərazisində qanuni əsaslarla haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər barədə - Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti tərəfindən aparılan elektron informasiya sisteminin məlumatları əsasında;

Nazirlik reyestrdə dəyişiklikləri müvafiq qeydlər edilməklə aparır, belə qeydlərin edilməsinə əsas olan sənədləri isə müvafiq sənədlər qovluğuna daxil edir və arxivləşdirilmənin avtomatlaşdırılmış qaydada həyata keçirilməsini təmin edir.

Dövlət orqanları və digər qurumlar reyestrə daxil edilmiş məlumatlarda baş vermiş dəyişiklikləri bu Qaydanın 2.2-ci bəndinə uyğun olaraq 10 iş günü müddətində yeniləməlidirlər.

Reyestrin məlumatlarından fərdi məlumatların mühafizəsinə dair tələblər nəzərə alınmaqla istifadə olunur. Reyestrdə olan məlumatlardan istifadə etmək üçün dövlət və bələdiyyə orqanları və qurumları, idarə, müəssisə və təşkilatlar, elmi müəssisə və təşkilatlar və digər hüquqi və fiziki şəxslər Nazirliyə əsaslandırılmış sorğu ilə müraciət edə bilərlər.

pia.az

 

 

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627


Şərh yazın.

loading...

Ən çox oxunanalar