Bazar ertəsi, 06 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiyalı gimnast Bakıda dünya rekordunu təkrarlayıb

Dünya çempionatının 5-ci gününə yekun vurulub

Bakıda keçirilən bədii gimnastika üzrə dünya çempionatının 5-ci gününə yekun vurulub.

APA-nın məlumatına görə, gimnastlar fərdi çoxnövçülükdə mükafatçıları müəyyənləşdiriblər.

24 idmançının qatıldığı final mərhələsinin qalibi adına rusiyalı Dina Averina yiyələnib. O, 91,400 xal toplayıb. D.Averina bununla da ardıcıl 3-cü dəfə dünya çempionu olmaqla rekordu təkrarlayıb.

İkinci yeri onun bacısı Arina Averina tutub – 91,100. 89,700 xal toplayan israilli Linoy Aşram bürünc mükafat qazanıb.

Azərbaycan gimnastı Zöhrə Ağamirova isə 16-cı olub. O, yarışı 78,725 xalla bitirib.

Çempionatın əsasnaməsinə görə, ilk 16 yeri tutan idmançılar 2020-ci ildə Yaponiyanın paytaxtı Tokioda keçiriləcək Yay Olimpiya Oyunlarına lisenziya əldə edib. Azərbaycan təmsilçisi Z.Ağamirova ilə yanaşı, Dina və Arina Averina (hər ikisi Rusiya), Linoy Aşram, Nikol Zelikman (hər ikisi İsrail), Boryana Kaleyn, Katrin Taseva (hər ikisi Bolqarıstan), Vlada Nikolçenko, Kristina Pohraniçna (hər ikisi Ukrayna), Alexandra Aqiurgiulesku (Rumıniya), Milena Baldassarri (İtaliya), Evita Qriskenas, Laura Zenq (hər ikisi ABŞ), Kaho Minaqava (Yaponiya), Anastasiya Salos, Katarina Qalkina (hər ikisi Belarus) da buna nail olub.

D.Averina Bakıda qazandığı medalların sayını 6-ya çatdırıb. Çoxnövçülükdən başqa top, lent və gürzlərlə, həmçinin komanda yarışında da çempion olan rusiyalı yalnız halqada qızılı əldən verib. Onun bürünc qazandığı bu növdə həmyerlisi Yekaterina Seleznyova çempionluq yaşayıb.

Qeyd edək ki, sabah qrup hərəkətlərində təsnifat mərhələsi baş tutacaq.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ədalət Şükürovun qızının toyundan ilk - Video

Almaniyada futbol matçı zamanı iğtişaş: 155 polis xəsarət aldı

Türkiyəli diplomat İƏT Baş katibinin islamofobiya üzrə xüsusi nümayəndəsi təyin edilib

DYP-nin “yol tənzimləmələri” və sürücülərin müsibətləri...

ABŞ münaqişə başlayandan bəri ilk dəfə İsrailə sursat tədarükünü dayandırıb

Ədalət Şükürov həyat yoldaşı ilə birgə - Foto

Əhməd Cavadın nəticəsi: “Stalinin kim olduğunu soruşanda nənəm dedi ki, onun adını çəkmə!”

QAİ dünya ictimaiyyətini Erməni Qriqorian Kilsəsinin sülh əleyhinə əməllərini pisləməyə çağırıb

Android 15 yeniləməsi ilk olaraq hansı telefonlara gələcək?

Ən çox oxunanalar