Şənbə, 04 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qüdrət Həsənquliyev: “Putinin təklifini yalnız bu şərtlə qəbul etmək olar”

“Rusiyanın bu təklifinə biz kiçik bir şərtlə müsbət cavab verə bilərik: yalnız müharibə bitəndən və Qarabağ üzərində Azərbaycan öz suverenliyini bərpa edəndən sonra”...

Bu fikirləri Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin “Rosatom” Dövlət Korporasiyası tərəfindən Azərbaycanda Atom Elektrik Stansiyası (AES) tikilməsinə dair təklifinə münasibət bildirərkən deyib.

V.Putinin öz ölkəsinin marağından çıxış etdiyini xatırladan Qüdrət Həsənquliyev vurğulayıb ki, Rusiyaya pul və yüksək ixtisaslı mütəxəssislərinin xaricə qaçmaması üçün onların iş yerlərinin qorunub saxlanması lazımdır: “Təklifi əsaslandıran amillərdən biri AES tikintisi üçün bizim yetərincə vəsaitimizin olmasıdır. Digər tərəfdən, Azərbaycanda AES inşa ediləcəyi təqdirdə, stansiyanın istismarına və nüvə tullantılarının basdırılmasına görə bizim Rusiyadan asılılığımız artacaq. Buna baxmayaraq, hesab edirəm ki, biz bu təklifə kiçik bir şərtlə müsbət cavab verə bilərik: yalnız müharibə bitəndən və Qarabağ üzərində Azərbaycan öz suverenliyini bərpa edəndən sonra ölkəmizdə AES tikintisi mümkün ola bilər”.

Millət vəkilinin fikrincə, Rusiya üçün Qarabağ probleminin həlli “bir stəkan su içmək qədər asan”dır: “Əgər Rusiya razılaşarsa, o zaman iki reaktorun Naxçıvanda, ikisinin isə Qarabağda tikintisini sifariş edə bilərik. Ehtiyac olarsa, gələcəkdə onların sayını artırmaq da olar. Naxçıvandakı AES-dən Türkiyə, İranErmənistana elektrik enerjisi ixrac edərik. Ermənistandakı AES köhnəlib və istismarı təcili dayandırılmalıdır. Qarabağ azad olunandan sonra isə ora böyük investisiya qoymalıyıq, ona görə də enerjiyə təlabat dəfələrlə artacaq. Hər bir halda bununla bağlı referendum keçirilməlidir”.

BAXCP sədrinin qənaətinə görə, Qərbi Avropanın AES-lərdən imtina etdiyi bir vaxtda xalqımız yalnız Qarabağ naminə bu təklifi dəstəkləyə bilər.

Qüdrət Həsənquliyev digər variantlardan biri kimi, Rusiyadan Transxəzər neft və qaz kəmərlərinin çəkilişi üçün də dəstək istəməyin mümkünlüyünü dilə gətirib: “Rusiya payçı qismində çıxış etməklə yanaşı, həmin kəmərlərin çəkilişini də həyata keçirə bilər. Rusiya Qara dənizdə və Baltik dənizində belə layihələr həyata keçirir. Bir çoxlarına fantastik layihə kimi görünsə də, Çinin “Bir kəmər bir yol” təşəbbüsü çərçivəsində Xəzər dənizi üzərindən Azərbaycanı Türkmənistanla birləşdirəcək avtomobil və dəmir yolu çəkilişi məsələsini də gündəmə gətirmək olar. Bu istiqamətdə Xəzərin eni 196 km, dərinliyi isə ortalama 200 metrdir. Süni adalar yaratmaqla bunu etmək olar. Çinin bu sahədə böyük təcrübəsi var. Avropa İttifaqı, Çin, Türkiyə, Özbəkistan, Qazaxıstan, Pakistan, Hindistan bu layihəyə investisiya qoya bilər. Siyasi baxımdan layihənin əhəmiyyəti çox böyükdür. Heç bir ekoloji problem yaratmır. Texniki baxımdan gerçəkləşdirmək mümkündür. Qalır iqtisadi səmərəlilik məsələsi. Hər halda mütəxəssisləri bu ideyanın müzakirəsinə cəlb etmək lazımdır”.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda kişi sevdiyi qıza görə küçədə özünü yandırdı - Video , Təfərrüat, Yenilənib

Erməni baş prokurordan Kamil Zeynallı açıqlaması

Afaq Bəşirqızının məsləhəti qalmaqal yaratdı: Sevgi, yoxsa pul? - Video

İlon Maskdan ABŞ dolları ilə bağlı xəbərdarlıq - Foto

Keçmiş məcburi köçkünlər üçün inşa edilmiş mənzillər zəif satılır - Video

Ərdoğan: “Türkiyə siyasətində yumşalma prosesinə başlamaq istəyirəm”

Gədəbəydə məmurla kənd sakini arasında insident: Həbs olunan var

Zaxarova Ermənistanın KTMT-dən mümkün çıxışını şərh etdi

Arda Güler komanda yoldaşlarından şikayətlənib - Video

Türkiyədə artan inflyasiya Azərbaycanda hansı sahələrə təsir edir?

Həbsdə olan MTN generalının müraciəti geri qaytarıldı

Ən çox oxunanalar