Çərşənbə axşamı, 07 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Sarkisyanın Qarabağla bağlı razılaşdığı həll planı açıldı

“7 rayon qaytarılır, əraziyə beynəlxalq sülməramlılar gəlir...”

Vitali Babayan
“1in.am”, Ermənistan, 18 oktyabr 2019-cu il

Artsaxın (Dağlıq Qarabağın adı mətndə belə gedib – tərc.) Təhlükəsizlik Şurasının sabiq katibi Vitali Balasanyan bu günlərdə baş tutmuş mətbuat konfransının gedişində Baş nazir Nikol Paşinyanın Qarabağ məsələsinin tənzimləməsilə bağlı siyasəti haqqında danışarkən, deyib ki, 2018-ci ilin dinc, məxməri, xalq inqilabınadək danışıqlar masasında olan təkliflər paketindən imtina edilməməlidir.

O demək istəyir ki, Serj Sarkisyanın əldə etdiyi nəticələri Paşinyan qəbul etməlidir və danışıqlar həmin məntiqlə davam etdirilməlidir.

Bu bəyanatdan sonra yaranan əsas sual budur: Serj Sarkisyan danışıqlar masası arxasında qeyd edilmiş hansı nəticələri əldə edib?

Aşağıda həmsədrlərin 18 yanvar 2018-ci ildə etdiyi son təklifləri təqdim edirik:

Həmsədrlərin təklifləri, Krakov, 18.01.18.

1-ci bənd

Dağlıq Qarabağ münaqişəsinin hərtərəfli tənzimlənməsinin bir-birinə bağlı olan son məqsədləri:

– Dağlıq Qarabağı Ermənistanla birləşdirən dəhlizin saxlanması şərtilə, yeddi rayonun – Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, KəlbəcərLaçının Azərbaycana qaytarılması;

– tərəflər arasında razılaşdırılmış müddətdə BMT və ya ATƏT-in himayəsi altında Dağlıq Qarabağın bütün əhalisinin iradəsinin sərbəst ifadəsi olan, – beynəlxalq hüququn norma və prinsiplərinə uyğun və hüquqi planda məcburi olacaq, səsverməyə qoyulacaq sual və ya sualların məhdudlaşdırılmayacağını və statusla bağlı bütün variantları əhatə edə biləcəyini nəzərə alacaq, – ümumi səsvermənin keçirilməsi yolu ilə Dağlıq Qarabağın yekun hüquqi statusunun müəyyən edilməsi;

– regionda siyasi, ticarət, iqtisadi və humanitar əlaqələrin tam tənzimlənməsi;

– mehriban qonşuluq əməkdaşlığının bərpa edilməsi;

– Cənubi Qafqaz regionunda sabitliyin tam təmin edilməsidir.

2-ci bənd

Beynəlxalq birliyin dəstəyilə təzə yerə köçürülənlər 1-ci abzasda göstərilən 5 rayonu tərk edəcəklər. Beynəlxalq sülhməramlı qüvvələrin yerləşdirilməsindən və hazırda bu rayonlarda olan silahlı qüvvələrin çıxarılmasından sonra, Azərbaycanın mülki hakimiyyət orqanları göstərilən ərazilərə daxil olacaqlar.

Beynəlxalq sülhməramlı qüvvələr keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin (DQMV) inzibati sərhədləri boyunca, – KəlbəcərLaçın rayonlarının tərkibinə daxil olan hissələr istisna olmaqla, – yerləşdiriləcək. Kəlbəcər rayonu ATƏT-in keçid monitorinqi altında qalacaq.

3-cü bənd

Eyni zamanda, yuxarıda göstərilən tədbirlərin görülməsinə paralel olaraq, yekun statusun müəyyən edilməsinədək Dağlıq Qarabağa gündəlik həyatının təşkilinə zəmanət verən müvəqqəti status verilməlidir.

 

Qarabağın mövqeyi

Mətbuatda çıxan məlumatlara görə, Vitali Balasanyan öz mətbuat konfransını Serj Sarkisyan, Bako Saakyan, öncəki hakimiyyət nümayəndələrilə görüşdən, Serj Sarkisyan tərəfindən təyin olunmuş məsləhətçilərlə müzakirələrdən sonra keçirib.

Yaranan əsas sual budur: Qarabağ hakimiyyəti, şəxsən Bako Saakyan Serj Sarkisyanın miras qoyduğu bu təklifləri dəstəkləyirmi? Eyni zamanda, bütün DQR (Dağlıq Qarabağın adı mətndə belə gedib – tərc.) prezidentliyinə namizədlər, parlament seçkilərində iştirak edən bütün qüvvələr də bununla bağlı mövqe bildirməlidirlər.

Yeri gəlmişkən, bu, Artsaxın (Dağlıq Qarabağ-tərc.) danışıqlar prosesinə qaytarılması üçün ciddi bir siqnal ola bilər. Qoy onlar bəyan etsinlər ki, Paşinyandan fərqli olaraq, danışıqlar prosesini Serj Sarkisyanın qoyub getdiyi nöqtədən başlamağa hazırdırlar.

Hazırda Serj Sarkisyan, Robert KoçaryanBako Saakyanınn kollektiv sözçüsü rolunda çıxış edən Vitali Balasanyan RF XİN başçısı Sergey Lavrovun adını səsləndirir.

Qoy DQR hakimiyyəti açıq şəkildə bəyan etsin ki, 3-cü bənd istisna olmaqla, elə həmin təkliflərdən ibarət olan “Lavrov planı”nı dəstəkləyir. Yəni, Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, KəlbəcərLaçının, hətta aralıq status olmadan, Azərbaycana qaytarılması nəzərdə tutulur. Bəzi məlumatlara əsasən, “Lavrov planı” Artsaxın (Dağlıq Qarabağın-tərc.) statusuna heç cür təsir etmir.

Qoy Serj Sarkisyan, Robert KoçaryanBako Saakyan Vitali Balasanyanın dili ilə deyil, birbaşa bəyan etsin ki, bu planı dəstəkləyirlər.

Tərcümə: Strateq.az

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ədalət Şükürov həyat yoldaşı ilə birgə - Foto

DYP-nin “yol tənzimləmələri” və sürücülərin müsibətləri...

Bakıda həkim qadının bıçaqlanması ilə bağlı bəzi təfərrüat

Almaniya Rusiyadakı səfirini geri çağırdığını təsdiqləyib - Yenilənib

Qəzada ölən qadın yenicə direktor vəzifəsindən azad edilibmiş

Əhməd Cavadın nəticəsi: “Stalinin kim olduğunu soruşanda nənəm dedi ki, onun adını çəkmə!”

ABŞ səfiri: Mən bu gün Şuşada olmaqdan xoşbəxtəm - Video

Yeni Rusiya imperiyasının qaçılmaz süqutu - İmperiyanın məhvinə rəhbərlik edən isə Putindir...

“Gömrükçü” külli miqdarda pulu mənimsədi: Həbs edildi

Dünyada İT-yə xərclənən vəsait 5 trilyon dolları keçəcək

Ən çox oxunanalar