Bazar ertəsi, 06 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Xətainin heykəlinin yeri dəyişdirilir

Paytaxtın əsas magistrallarından olan Yusif Səfərov küçəsinin genişləndirilməsindən sonra Şah İsmayıl Xətainin abidəsi yolun ortasında qalıb...

Görkəmli şəxsin abidəsi ziyarət etmək üçün əlçatmaz olub.

Hətta bir müddət əvvəl sosial şəbəkə istifadəçiləri tarixi şəxsiyyətin abidəsinin yerinin dəyişdirilməsi, onu ziyarətçilər üçün daha rahat, əzəmətli və görünən yerdə qoyulması ilə bağlı müxtəlif müzakirələr açıb, bəzi mətbuat səhifələri buna silsilə yazılar həsr edib.

PİA.az bildirir ki, Modern.az-ın əldə etdiyi məlumata görə, hazırda bir sıra qurumlar tərəfindən Şah İsmayı Xətainin abidəsinin yerinin dəyişdirilməsi ilə bağlı hazırlıqlar aparılır. Bunun üçün tanınmış ingiltərəli memar tərəfindən yeni layihə hazırlandığı qeyd olunur.

Məlumata görə, heykəl hazırkı yerindən bir qədər aralıda, həmin küçədə yerləşən “Fontanlı” parkın (abidənin hazırkı yerindən qabaqda) ərazisinə köçürüləcək. Burada əzəmətli abidə kompleksi yaradılacaq. Şah İsmayıl Xətainin yeni abidəsi şah çadırında taxtda oturmuş şəkildə olacaq. Abidənin üzü əsas magistral yola – Yusif Səfərov küçəsinə baxacaq. Yer həm də abidə ziyarətçiləri üçün çox əlverişli olacaq və bütün istiqamətlərdən görünəcək.

pia.az


Etiket: Xətai heykəl


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Nərçə Ağayevin 85 illiyi münasibətilə məzarı önündə anım tədbiri keçirilib - Fotolar

Vladimir Putinin yeni avtomobili nümayiş olundu - Video

Ədalət Şükürovun qızının toyundan ilk - Video

Almaniyada futbol matçı zamanı iğtişaş: 155 polis xəsarət aldı

Türkiyəli diplomat İƏT Baş katibinin islamofobiya üzrə xüsusi nümayəndəsi təyin edilib

"Bakı marafonu 2023"ün qalibi: Hər şey mənim üçün asan oldu

COP29-un Bakıda keçirildiyi müddətdə dünyada hərbi əməliyyatlar dayandırıla bilər

Ən çox oxunanalar