Bazar ertəsi, 06 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Elmira Süleymanovaya yeni vəzifə verildi

Azərbaycanın İnsan Hüquqları üzrə ilk Müvəkkili (Ombudsman) Elmira Süleymanova Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) tam ştatla işə götürülüb...

PİA.az bildirir ki, "Report"un əldə etdiyi məlumata görə, indiyədək E.Süleymanova AMEA-nın akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunda yarımştat baş elmi işçi vəzifəsində çalışıb.

Belə ki, Ombudsman kimi səlahiyyət müddəti başa çatdıqdan sonra o, Neft-Kimya Prosesləri İnstitutunda baş elmi işçi kimi işə götürülüb.

Neft-Kimya Prosesləri İnstitutundan "Report"a fakt təsdiqlənib.

Qeyd edək ki, E.Süleymanova 17 iyul 1937-ci ildə Bakı şəhərində anadan olub. 1959-cu ildən AMEA-nın akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunda fəaliyyət göstərib, laborant, kiçik elmi işçi, böyük elmi işçi, laboratoriya müdiri vəzifələrində çalışıb. 1967-ci ildə kimya elmləri namizədi, 1980-ci ildə elmlər doktoru elmi dərəcələri alıb, 1982-ci ildə isə professor seçilib.

1997-ci ildən Nyu-York Elmlər Akademiyasının üzvüdür. Neft-kimya sintezi və incə üzvi sintez üzrə mütəxəssisdir. 200-dən çox elmi əsərin, 40 ixtiranın müəllifidir.

E.Süleymanova 2002-2019-cu illərdə Azərbaycanın Ombudsmanı olub.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Nərçə Ağayevin 85 illiyi münasibətilə məzarı önündə anım tədbiri keçirilib - Fotolar

Vladimir Putinin yeni avtomobili nümayiş olundu - Video

Ədalət Şükürovun qızının toyundan ilk - Video

Almaniyada futbol matçı zamanı iğtişaş: 155 polis xəsarət aldı

Türkiyəli diplomat İƏT Baş katibinin islamofobiya üzrə xüsusi nümayəndəsi təyin edilib

"Bakı marafonu 2023"ün qalibi: Hər şey mənim üçün asan oldu

COP29-un Bakıda keçirildiyi müddətdə dünyada hərbi əməliyyatlar dayandırıla bilər

Ən çox oxunanalar