Çərşənbə axşamı, 07 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Sabunçuda müəllim həbs olundu - Xuliqanlıq maddəsi ilə

Sabunçu rayon Məhkəməsi qərar çıxardı...

Paytaxtın Sabunçu rayonu, Bakıxanov qəsəbəsindəki 169 saylı orta məktəbdə baş vermiş qalmaqal nəticəsində rus dili müəllimi həbs olunub. Onun haqqında Sabunçu rayon Məhkəməsində qərar çıxarılıb.

PİA.az xəbər verir ki, məhkəmənin qərarıyla müəllim İbrahim Cəfərov İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsilə - xırda xuliqanlıqda təqsirli bilinib. Ona 5 sutka inzibati həbs cəzası verilib.

Müəllim bu qərardan apellyasiya şikayəti verib. Yanvarın 27-də Bakı Apellyasiya Məhkəməsində onun şikayətinə baxılarkən İbrahim Cəfərov bildirib ki, məktəbdəki qanunsuzluqlara, özbaşınalıqlara susmadığına, etiraz etdiyinə görə direktorla onun arasında münasibətlər yaxşı deyildi. Müəllimin sözlərinə görə, xeyli vaxt idi ki, onunla bağlı müəllimlərə, şagirdlərə əsassız şikayətlər yazdırılır, aktlar tərtib etidirilirdi: “Axırda da Elnarə müəllimənin vasitəsilə məni şərlədilər”.

İ.Cəfərov məktəbin digər rus dili müəllimi müəllimi Elnarə Vəliyevanı söyməkdə, məktəbdə xuliqanlıq etməkdə təqsirli sayılıb.

İ.Cəfərov isə bildirir ki, Elnarə müəlliməni təhqir etməyib. Ona verilən sinif otağında lazımi şərait olmadığına görə E.Vəliyevanın dərs keçdiyi kabinetə gedib: “Xahiş elədim ki, bir günlük dərs keçməyə icazə versin. Dedi ki, bu otağı direktor ömürlük verib. Mən də dedim ki, bu məktəb də, otaqlar da kiminsə mülkü deyil. Bir az keçdi, dərs dediyim yerdə bir də gördüm ki, məktəbə polislər gəlib, məni apardılar”.

E.Vəliyeva isə bildirir ki, İbrahim müəllim onun sinifdə olmamasından istifadə edib, gəlib şagirdlərini kabinetdən çıxarıb, özü orada dərs keçməyə başlayıb. Mübahisə də bundan sonra yaranıb. Onun sözlərinə görə, İbrahim Cəfərov onu şagirdlərin, kollektivin qarşısında təhqir edib, mübahisə zamanı ona “qorxaqsan, diktatura altında işləyirsən” deyib.

Bakı Apellyasiya Məhkəməsi İbrahim Cəfərovun şikayətini təmin etməyib. O bildirib ki, Avropa Məhkəməsinə şikayət göndərəcək: “Mən şagirdlərə dərsdən sonra pulsuz məşğələlər keçirdim, öz hesabıma, pulsuz əlavə dərs vəsaitləri tapıb gətirirdim. Görünür, bunlara belə müəllimlər lazım deyil”. (Bizimyol.info)

pia.az


Etiket: müəllim

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ədalət Şükürov həyat yoldaşı ilə birgə - Foto

DYP-nin “yol tənzimləmələri” və sürücülərin müsibətləri...

Bakıda həkim qadının bıçaqlanması ilə bağlı bəzi təfərrüat

Qəzada ölən qadın yenicə direktor vəzifəsindən azad edilibmiş

Əhməd Cavadın nəticəsi: “Stalinin kim olduğunu soruşanda nənəm dedi ki, onun adını çəkmə!”

ABŞ səfiri: Mən bu gün Şuşada olmaqdan xoşbəxtəm - Video

Yeni Rusiya imperiyasının qaçılmaz süqutu - İmperiyanın məhvinə rəhbərlik edən isə Putindir...

Dünyada İT-yə xərclənən vəsait 5 trilyon dolları keçəcək

Sabah şəxsiyyəti müəyyənləşən dörd itkin şəhid dəfn ediləcək

Almaniya Rusiyadakı səfirini geri çağırdığını təsdiqləyib - Yenilənib

Ən çox oxunanalar