Bazar ertəsi, 06 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Koronoavirusun "paytaxt"ında təhsil alan azərbaycanlı: "Şişirdilmiş rəqəmlərə inanmayın"

“Ölüm şəhəri”ndə olan azərbaycanlıdan real məlumatlar...

“Çin hökuməti tövsiyə edib ki, zərurət olmadıqda evdən bayıra çıxmayaq. Əslində şəhərə çıxmağa lüzum da yoxdu, çünki ictimai nəqliyyat işləmir, hər yer bağlıdır. Şəhərə giriş və çıxış qapadılıb”.

PİA.az xəbər verir ki, bunu Lent.az-ın əməkdaşıyla söhbətində Çinin Huazhong Elm və Texnologiya Universitetinin doktorantı, hazırda bütün dünyanın diqqətində olan və dəhşətli koronavirusun yayıldığı Uhan şəhərində təhsil alan Leyla Quliyeva bildirib.

Leyla xanımın dediyinə görə, əslində bir neçə gün əvvəl xəbər verilib ki, 4 saatdan sonra şəhər bağlanacaq, kim bacarsa, Uhanı tərk etsin.

“Amma bu barədə gec eşitdiyimizdən mən və bir neçə azərbaycanlı şəhəri tərk edə bilmədik. Hələ ki azərbaycanlılar arasında zərər çəkən yoxdur. Evdəyik, küçəyə çıxmırıq”.

Həmsöhbətimizin dediyinə görə, ərzaqla təminatlarıyla bağlı heç bir problem yoxdur. Həm yerli meriya, həm oxuduğu Universitet, həm də Çindəki Azərbaycan səfirliyi bu sarıdan onlara hər cür köməkliyi göstərir.

“Hazırda hökumət gücləndirilmiş iş rejiminə keçib. Şəhərdə qalanları daim qripə qarşı təlimatlandırırlar. Məsələn, bizə deyirlər ki, gündə bir neçə dəfə əllərinizi yuyun, spirtlə dezinfeksiya edin, paltarlarınızı dəyişin. Bütün bunları etməyə məcburuq. Biz burda qalacağıq, ya Azərbaycana qayıdacağıq, bu barədə rəsmi qərarı gözləyirik. Amma bir məqamı da qeyd edim ki, oxuduğum Universitet necə deyərlər tələsməməyi, bir qədər gözləməyi xahiş edir”.

Leyla xanım onu da deyir ki, Uhanda vəziyyət pis olsa da, amma dünya mediasının yazdığı kimi, fəlakətli deyil.

“Ölənlərin sayı rəsmi rəqəmlərdən çox deyil və şişirdilmiş rəqəmlərə inanmayın. Bu, bir qrip simptomudu. Çin hökuməti var gücüylə epidemiyanın qarşısını almağa çalışır. Qripdən ölənlərin əksəriyyəti qocalardır. Nə bir cavan ölüb, nədə uşaq. Bu da yaşlı adamlarda immun sisteminin zəifliyi ilə bağlıdır. İnşallah, bu bəla keçib gedər”, - deyə o bildirib.

pia.az


Etiket: koronavirus

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ədalət Şükürov həyat yoldaşı ilə birgə - Foto

DYP-nin “yol tənzimləmələri” və sürücülərin müsibətləri...

Bakıda həkim qadının bıçaqlanması ilə bağlı bəzi təfərrüat

Əhməd Cavadın nəticəsi: “Stalinin kim olduğunu soruşanda nənəm dedi ki, onun adını çəkmə!”

Qəzada ölən qadın yenicə direktor vəzifəsindən azad edilibmiş

Yeni Rusiya imperiyasının qaçılmaz süqutu - İmperiyanın məhvinə rəhbərlik edən isə Putindir...

ABŞ səfiri: Mən bu gün Şuşada olmaqdan xoşbəxtəm - Video

Dünyada İT-yə xərclənən vəsait 5 trilyon dolları keçəcək

Sabah şəxsiyyəti müəyyənləşən dörd itkin şəhid dəfn ediləcək

Neytral mövqe tutan ölkələr Putinə nüvə silahından istifadə ilə bağlı xəbərdarlıq edib

Ən çox oxunanalar