Bazar, 05 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Tofiq Qasımov haqda maraqlı məlumatlar – Son fotosu

Azərbaycanın keçmiş Xarici İşlər naziri Tofiq Qasımov İsveçrədə dəfn olunub...

Ailə üzvləri də İsveçərədə yaşadığına görə onun nəşinin Azərbaycana gətirilməsi məqsəduyğun hesab edilməyib.

Tofiq Qasımov 10 aprel 1938-ci ildə Ağstafa rayonunda olub. Əslən Ağdaşın Ləki kəndindəndir. 1945-1955-ci illərdə Ağstafa dəmir yol məktəbində oxuyub. 1955-1960-cı illərdə Azərbaycan Dövlət Universitetinin fizika-riyaziyyat fakültəsində təhsil alıb. Universiteti 1960-cı ildə Stalin təqaüdçüsü kimi bitirib və Elmlər Akademiyasının Fizika İnstitutuna işə göndərilib. Leninqrad şəhərində SSRİ Elmlər Akademiyasının Fizika-Texnika İnstitutunda aspirant olub və 1969-cu ildə Leninqrad Yarımkeçiricilər İnstitutunun elmi şurasında namizədlik dissertasiyası müdafiə edərək fizika-riyaziyyat elmləri namizədi adı alıb. 1970-ci ildən Azərbaycan EA-nın Fizika İnstitutunun elmi işçisi olub. 100-ə qədər elmi əsərin müəllifidir.

1987-ci ildən siyasətlə məşğul olan Tofiq Qasımov Bakı Alimlər Klubunun yaradılmasının təşəbbüskarlarından və onun proqram və nizamnaməsinin müəlliflərindən biri olub.

1988-ci ilin mart-may aylarında Azərbaycan Milli Elmlər Akademiyasının bir neçə əməkdaşı ilə birlikdə Azərbaycan Xalq Cəbhəsinin Proqramının hazırlanmasında iştirak edib. 1989-1990-cı illərdən Azərbaycan Xalq Cəbhəsinin İdarə Heyətinin üzvü olub.

Azərbaycan SSRİ xalq deputatı seçilən Tofiq Qasımov Azərbaycan SSR Ali Sovetinin 1990-cı ilin yanvarın 22-də çağırılmış fövqəladə sessiyasının işində iştirak edib. Həmin sessiyada Sovet Ordusu və Daxili Qoşunlarının Bakıda törətdikləri cinayətləri tədqiq etmək üçün yaradılmış Azərbaycan Ali Sovetinin İstintaq Komissiyasına üzv seçilib.

Azərbaycandan olan SSRİ Xalq Deputatları ilə iş aparmaq üçün AXC-nin İdarə Heyəti tərəfindən Moskvaya ezam edilib. Orada olduğu müddətdə 100-dən çox xarici televiziya, radio və mətbuat nümayəndələrinə 20 Yanvar hadisələri, məcburi köçkünlər və Azərbaycanla bağlı digər olayların mahiyyətini açıqlayıb.
1992-ci ilin iyulunda Xarici İşlər naziri təyin olunan Tofiq Qasımov 1993-cü ilin iyun ayına qədər qədər bu vəzifədə işləyib.

Tofiq Qasımov ailəsi birgə İsveçrənin Lütsern şəhərində yaşayırdı.

PİA.azYenisabah.az-a istinadən onun son fotosunu təqdim edir. Foto 2016-cı ildə çəkilib.

pia.az


Etiket: Tofiq Qasımov


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Green card” müraciətlərinin nəticələri açıqlandı - Yenilənib

Şəkidə qətl hadisəsinin təfərrüatları məlum olub - Yenilənib

Azərbaycanda ilin ortalarında büdcə proqnozlarına yenidən baxıla bilər

İsa Qəmbər yenidən Müsavat Partiyasının başqanı seçilib

"Yelo Bank"dan şikayət: "Əsəbinizi korlamaq istəmirsizsə, bu bankdan uzaq durun" 

Azərbaycan və Türkiyə XİN başçıları qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər - Yenilənib

Azərbaycan Premyer Liqası: "Qarabağ" "Neftçi"ni böyük hesabla məğlub edib

Kreml Ukraynanın keçmiş prezidentini axtarışa verib

Ən çox oxunanalar