Çərşənbə axşamı, 07 Aprel 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

Bu gün Azərbaycanla tarixi addım atacağıq – Ərdoğan

Azərbaycanla Türkiyə arasında ticarət əlaqələri ötən ilə nisbətən 25 faiz artraraq 4,4 milyard dollar olub...

 

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan səfəri öncəsi jurnalistlərə açıqlamasında deyib.

“İki ölkə arasında ticarət əlaqələrini 2023-cü ilə qədər 15 milyard dollara yüksəltməyi hədəfləyirik. Bu gün keçiriləcək Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının 8-ci iclasında ticarət sazişləri imzalayaraq bu hədəfə doğru tarixi bir addım atacağıq”, – Ərdoğan bildirib.

Ərdoğan vurğulayıb ki, Türkiyənin Azərbaycana birbaşa investisiyaları 11 milyard dollara çatır:

Azərbaycanın Türkiyədəki sərmayələrinin isə bu ilin sonunda 20 milyard dollara çatacağını düşünürük. Türkiyəli podratçılar bu günə qədər Azərbaycanda 14,2 milyard dollar dəyərində ümumilikdə 141 layihə həyata keçiriblər.

Eyni zamanda iki ölkə arasında müdafiə sənayesi sahəsində də əməkdaşlıq gündən-günə artır. Bundan sonra da Azərbaycanın inkişafına öz töhfəmizi verəcəyik”.

Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bakıda Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının 8-ci iclasında iştirak etmək üçün bu gün Bakıya gəlir.

pia.az

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627



Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

Əli Həsənovun siyasi karyerasının tarixçəsi - Şok detallar - Müsahibə

Nuşirəvan Məhərrəmli vəzifədən alındı - Yeni seçim

Zirəddin Rzayev koronavirusun bitəcəyi vaxtı açıqladı - Video

Əli Əsədovdan sərəncam: Əhaliyə yardım planı təsdiqləndi

Böyük Britaniya hökuməti: Koronavirus laboratoriyadan sızıb

Zirəddin Rzayev koronavirusun bitəcəyi vaxtı açıqladı - Video

"Ramiz Mehdiyev uduzduğu kimi eyni aqibəti siz də yaşayacaqsınız "- Aslan İsmayılov

Bu tarixdə Koronavirus pandemiyasının pik nöqtəsi olacaq

Bircə çörəklə imtahana çəkilməyək - Qubad İbadoğlu taxıl sahəsindəki vəziyyəti şərh elədi

Türkiyədə bu gündən maska satışı qadağan edilir

loading...

Ən çox oxunanalar