Çərşənbə axşamı, 07 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Aslan İsmayılov Ziya və Anar Məmmədovlara tənə vurdu

“Azərbaycanın xalqının milyardlarını dədə malı kimi basıb yemisiz...”...

“Koronavirusla mübarizə Fondu yaradılanda səhifələrimdən azərbaycanlı milyarderlərə və xüsusilə keçmiş oliqarx-məmurlara müraciət etmişdim ki, bu təşəbbüsə qoşulub xalqa əl uzatsınlar. İkincilərə ayrıca yazmışdım ki, Azərbaycanın xalqının milyardlarını zamanında dədə malı kimi basıb yemisiz, bu gün yaxanızı kənara çəkib baş verənləri seyr edirsiz. Heç olmasa indi, xalqın bu çətin günündə oğurladıqlarınızın bir hissəsini xalqın özünə qaytarın.Ölkə üzrə demək olar ki, bütün dövlət qurumlarının əməkdaşlarının maaşlarından bu Fonda pul köçürülüb”.

PİA.az-ın xəbərinə görə, bunu hüquqşünas Aslan İsmayılov deyib.

A.İsmayılov qeyd edib ki, keçmiş Nəqliyyat naziri Ziya Məmmədov Fonda 2000 AZN, onun oğlu, xaricdə, xüsusilə ABŞ-da verdiyi milyonluq ziyafətlərlə, hədiyyələrlə ad çıxaran "uğurlu iş adamı" Anar Məmmədov 3000 AZN vəsait köçürüb: “Bu həmin Məmmədovlardır ki, Azərbaycan büdcəsindən yüz milyonlarla pul taladılar. Bu gün Azərbaycan xalqının haqqını yeyib onu dilənçi gününə salanlar Türkiyədə 10 milyonlarla dəyəri olan yaxtalarda gəzirlər, Bodrumda qiyməti 100 milyonlarla ölçülən 5 ulduzlu otellər alırlar, Londonun ən bahalı kompleksi sayılan "One Hyde Park"da dəyəri 10 milyonlarla ölçülən mülklərdə yaşayırlar, qollarında milyonluq saatlar gəzdirirlər, onları milyarder edən xalqın çətin durumunda isə ona 2-3 min manat verirlər. Bu addım xalqı, xüsusilə Fond təşəbbüsünü irəli sürənləri ələ salmaqdır! Bu yerdə mən də bir çoxlarına qoşulub deyirəm ki, belələrinin nəyi varsa əllərindən alınmalı, özləri isə həbs olunmalıdılar. Belələri ölkədə maliyyə amnistiyasını mümkünsüz edirlər!” (Pravda.az)

pia.az

 



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ədalət Şükürov həyat yoldaşı ilə birgə - Foto

DYP-nin “yol tənzimləmələri” və sürücülərin müsibətləri...

Almaniya Rusiyadakı səfirini geri çağırdığını təsdiqləyib - Yenilənib

Bakıda həkim qadının bıçaqlanması ilə bağlı bəzi təfərrüat

Qəzada ölən qadın yenicə direktor vəzifəsindən azad edilibmiş

Əhməd Cavadın nəticəsi: “Stalinin kim olduğunu soruşanda nənəm dedi ki, onun adını çəkmə!”

ABŞ səfiri: Mən bu gün Şuşada olmaqdan xoşbəxtəm - Video

“Gömrükçü” külli miqdarda pulu mənimsədi: Həbs edildi

Yeni Rusiya imperiyasının qaçılmaz süqutu - İmperiyanın məhvinə rəhbərlik edən isə Putindir...

Dünyada İT-yə xərclənən vəsait 5 trilyon dolları keçəcək

Ən çox oxunanalar