Bazar ertəsi, 06 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bu il məcburi köçkünlər üçün tikiləcək evlərin sayı məlum oldu

Bu ilin ilk aylarında məcburi köçkünlər üçün Ağcabədi rayonu, Taxtakörpü qəsəbəsi ərazisində 645 fərdi evdən ibarət 3 qəsəbə və Füzuli rayonu ərazisində 95 həyatyanı sahəsi olan evlərdən ibarət yeni qəsəbənin tikintisi başa çatdırılacaq...

Bu barədə Nazirlər Kabinetinin 2019-cu il üzrə hesabatında bildirilib.

Sənəddə qeyd olunub ki, 2020-ci ilin birinci rübündə məcburi köçkünlərin həmin qəsəbələrə köçürülməsinə başlanılacaq.

Hesabata əsasən, məcburi köçkünlərin mənzil-məişət problemlərinin həlli məqsədilə Heydər Əliyev Fondunun dəstəyi ilə Bakı şəhəri, Qaradağ rayonunda "Qobu Park-3" yaşayış kompleksində 1352 və "Qobu Park-4" yaşayış kompleksində 1300 mənzilin inşası nəzərdə tutulub.

Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun sifarişi və Dövlət Neft Fondunun vəsaiti hesabına Abşeron rayonunda (Sumqayıt d/y st-nın yanı) 1890, Samux rayonunda 200, Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsində 800 mənzilli yaşayış komplekslərinin inşa olunacaq.

Hökumətin hesabatında vurğulanıb ki, Azərbaycanın dövlət büdcəsində dövlət investisiya xərcləri üzrə ayrılan vəsait hesabına Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində 270, Abşeron rayonunda (Sumqayıt d/y st-nın yanı) 1152, Abşeron rayonun Ramana qəsəbəsində 1512, Bakı şəhəri Sabunçu rayonu, Maştağa qəsəbəsində 576 mənzilli yaşayış komplekslərinin və Bakı şəhəri Qaradağ rayonunda 180 mənzilli "Ümid-3" qəsəbəsinin inşası nəzərdə tutulub.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ədalət Şükürovun qızının toyundan ilk - Video

Almaniyada futbol matçı zamanı iğtişaş: 155 polis xəsarət aldı

Türkiyəli diplomat İƏT Baş katibinin islamofobiya üzrə xüsusi nümayəndəsi təyin edilib

DYP-nin “yol tənzimləmələri” və sürücülərin müsibətləri...

ABŞ münaqişə başlayandan bəri ilk dəfə İsrailə sursat tədarükünü dayandırıb

Ədalət Şükürov həyat yoldaşı ilə birgə - Foto

Əhməd Cavadın nəticəsi: “Stalinin kim olduğunu soruşanda nənəm dedi ki, onun adını çəkmə!”

Android 15 yeniləməsi ilk olaraq hansı telefonlara gələcək?

Yeni Rusiya imperiyasının qaçılmaz süqutu - İmperiyanın məhvinə rəhbərlik edən isə Putindir...

Ən çox oxunanalar