Çərşənbə, 08 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Evdə müşahidəyə götürülənlərin hamısı COVID-19 xəstəsi deyil" - Səhiyyə Nazirliyi

“Bakı üzrə evdə müşahidəyə götürülən şəxslərin hamısı koronavirus xəstəsi deyil”... 

Bunu “Report”a açıqlamasında Səhiyyə Nazirliyinin Aparat rəhbəri Nadir Zeynalov deyib.

O bildirib ki, nəzarətə götürülənlərin əksəriyyəti, yəni 60-70 faizi şübhəli və ya kontaktda olmuş adamlardır:

“Həmin vətəndaşların arasında koronavirusa yoluxma halının müəyyənləşdirilməsi ilə əlaqədar testin nəticəsi pozitiv çıxanlar da, neqativ çıxanlar da var. Bakıda nəzarət altında olanlar arasında testin nəticəsi müsbət çıxanlar isə ölkə üzrə koronavirusa yoluxanların siyahısına daxildir”.

Qeyd edək ki, son iki həftə ərzində Bakıda 10 202 vətəndaş evdə nəzarətə götürülüb.

Xatırladaq ki, iyulun 10-na aid statistik göstəricilərə əsasən, Azərbaycanda koronavirusa yoluxanların sayı 22 990 nəfər, infeksiyadan sağalanların sayı 14 093 nəfər, ölənlərin sayı 292 nəfər təşkil edir.

pia.az 


Etiket: Nadir Zeynalov


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda hoteldə zəhərlənərək ölənlər vəzifəli şəxslər olublar - Yenilənib

Azərbaycanda çox sayda insanın zəhərlənməsinə səbəb olan sahibkarlardan biri danışdı - Yenilənib

Deputatları, naziri şantaj edir, hər kəsi baqaja qoyur - Jurnalistlərdən Elmira Axundovaya cavab

107 minə görə həbs edilən ər-arvad bəraət aldılar

Vladimir Putinin andiçmə mərasimi başladı - Video

Vəzifəsindən azad edilən keçmiş baş nazir: “Zənglərdən yorulmuşam, adamı əsəbiləşdirirlər” - Yenilənib

Bu çayların xərçəng yaratdığı - sübut edildi

Azərbaycanda məktəblilər arasında dava: Ölən var  

Paşinyan Putinin andiçmə mərasimində iştirak etməməsinin səbəbini açıqladı: “Dəvət edilmədim”

Ən çox oxunanalar