Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Beyrut partlayışının hesabı Hizbullaha kəsilə bilər

Aydoğan Kalabalık

Anadolu Agentliyi, Türkiyə, 05.08.2020-ci il

4 fevral 2005-ci il tarixində Livanın Baş naziri Rafiq əl-Həririnin öldürülməsindən sonra ən böyük partlayış dünən Beyrut limanında baş verdi. Dörd mindən çox insanın yaralandığı, 100-dən çox beyrutlunun həlak olduğu məlum insidentin istintaqı aylarla, bəlkə də illərlə davam edəcək.

Politoloqlar Beyrut limanında baş vermiş bu fəlakətin Livan tarixində mühüm dönüş nöqtəsi olacağı və Yaxın Şərqdə təhlükəli proseslərə gətirib çıxaracağı haqqında artıq indidən danışmağa başlayıblar.

Son aylarda yaşanan iqtisadi böhrandan sonra regional qüvvələrin münaqişə zonası sayılan Livanda baş vermiş belə böyük partlayış təsadüf kimi görünsə belə, onun nəticələrinin “strateji həmlə“yə çevriləcəyi istisna edilmir.

Ölkənin idxal və ixracının 70% -nin həyata keçirildiyi strateji limanı yararsız hala gətirən və infrastrukturu məhv edən partlayışın siyasi əməkdaşlıqda “qırılma”lara səbəb olacağı proqnozlaşdırılır.

Livanda son aylarda baş verən iqtisadi böhran, Hizbullahın Suriyadakı konfliktdə birbaşa iştirakı, İranın Hizbullahı dəstəkləməsi və son bir neçə həftə ərzində İsrail sərhədində yaşanan bəzi hadisələrdən sonra meydana gələn partlayış bəzi suallar ortaya çıxarsa belə, hələ ki kənardan birbaşa hücum olduğuna dair heç bir dəlil yoxdur.

Hökumət əleyhinə aksiyaların, siyasi qətllərin və partlayışların kim tərəfindən təşkil edildiyini az-çox proqnozlaşdıran ekspertlər bu miqyasda bir hücumu əldə edilən ilkin məlumatlarla obyektiv qiymətləndirməyin çətin olduğunu vurğulayırlar.


Nəsrullahın “Ammonium nitrat” və “nüvə silahının təsiri” ifadələri

Beyrutun Hizbullahın nəzarəti altında olması və 2 min 750 ton ammonium nitratının yanğından sonra partlaması barədə verilən rəsmi bəyanatlar xeyli maraq doğurdu. Ancaq əsas suallar böyük partlayışdan əvvəl meydana gələn kiçik partlayışlar üzərində cəmləşdi.
Partlayış riski daşıyan bu miqdarda ammonium nitratının illərlə anbarda saxlanılmasına ilk reaksiya Livan Prezidenti Mişel Avndan gəldi. Prezident Twitter hesabında paylaşdığı bəyanatında 2,750 ton ammonium nitratının 6 il ərzində heç bir təhlükəsizlik tədbiri alınmadan bir anbarda saxlanmasının yolverilməz olduğunu bildirdi.

Hizbullah lideri Həsən Nasrallahın bir çıxışında da ammonium nitrat açıqlamaları diqqəti cəlb edir. H.Nəsrullah həmin çıxışında “İsrailin Hayfa limanında ammonium nitrat dolu gəmilərin raketlə vurulması nüvə silahı təsiri yarada və on minlərlə insanın ölümünə yol aça bilər” demiş və bu video dünən axşam sosial mediada yayınlanmışdı.  Körfəz ölkəsindəki bir istifadəçi tərəfindən Nəsrallahın həmin videosunun sonuna “öz-özünə partladı” cümləsini əlavə etməsi diqqətəşayandır. Beyrut Limanında ilk yanğının 12 nömrəli anbarda çıxmasının bildirilməsi və bu yerin Hizbullaha aid olması Nəsrallahı hədəf lövhəsinə çevirə bilər.

Livandakı fərqli xristian qrupların və sünnilərin Hizbullahın fəaliyyətindən narahat olduqları bilinir. Partlayışın bu ağır statistikasından sonra Hizbullaha qarşı sosial reaksiyalarla yanaşı, siyasi tənqidin daha da artacağı gözlənilir.

Siyasi böhrandan sonra baş verən partlayışdan faydalanacaq ölkə

Livanın Maruni patriarxı Bəşəra Butrus er-Rai 15 iyulda Hizbullahı nəzərdə tutaraq verdiyi “Livan neytral qalmalıdır” yönündəki bəyanatını  bir daha təkrarladı.

Partlayışdan bir gün əvvəl, 3 avqustda isə Livan Xarici İşlər naziri Nasif Hitti istefa ərizəsini Baş nazir Həsən Diyaba təqdim etmişdi. Hizbullahın sözügedən hökumətdə təsir gücünün böyük olduğu bilinir.

Beynəlxalq Özəl Livan Məhkəməsi Rafik Haririyə qarşı 14 fevral 2005-ci il tarixində törədilmiş sui-qəsd işinin nəticəsini avqustun 7-də elan edəcək. Bəzilərinin fikrincə, məhkəmə dünya ictimaiyyətinə “Həririnin Hizbullah tərəfindən öldürməsi” faktını bəyan edəcək.
Misirdə fəaliyyət göstərən Əl-Marsad əl-Masry araşdırma mərkəzinin yayımladığı analizdə misirli politoloq Dr. Muhammed Mücahid əz-Zeyyad Beyrut partlayışından əvvəl baş verənlərin Hizbullaha işarə etdiyini deyib.

“Kartları qarışdırmaq və daxili vəziyyəti pisləşdirmək məqsədi ilə təmiz bir kəşfiyyat əməliyyatı” sərlövhəli məqaləsində Zeyyad İsrailin bu partlayışdan ən çox istifadə edən ölkə olacağını proqnozlaşdırır.

Partlayışdan sonra Livanda Hizbullaha daha çox təzyiq ediləcəyini və Nəsrullahın beynəlxalq aləmdə daha çətin vəziyyətə düşəcəyini vurğulayan Zeyyad bu hücumda Səəd əl-Həririnin də hədəfə alındığını düşünür.

ABŞ-ın Livanda aktiv olması üçün yaranan imkan

Bəzi müşahidəçilər ölkədə baş verən gərgin hadisələrin və siyasi böhranın Livanı İrandan uzaqlaşdıracağını, onu AvropaABŞ-a yaxınlaşdıracağını təxmin edirlər.

Fransız rəhbərliyinin Livana müdaxilə etməsi üçün Vaşinqtona təzyiq göstərdiyini, lakin Donald Tramp administrasiyasının buna hazır olmadığını xatırladan ekspertlər, partlayışın ABŞ-a Livanda daha təsirli olma fürsəti verdiyini düşünür.

Hizbullahın önümüzdəki dövrdə Livanda ən çox itirən tərəf olacağı ilə razılaşan mütəxəssislər daxili siyasətdə Həririnin nüfuzunun artacağını gözləyirlər.

Tərcümə Strateq.az-ındır

pia.az 


Etiket: Beyrut


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Ermənistanın Hindistandan aldığı silahlar yararsız vəziyyətdədir...

Ən çox oxunanalar