Cümə, 18 Sentyabr 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

Kafe və restoranlar açılmalıdır — Rəsmi açıqlama

Artıq 3 aya yaxındır ki, kafe və restoranların fəaliyyəti müxtəlif qaydalar tətbiq edilməklə, demək olar ki, bağlanıb.

PİA.az xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın son brifinqində kafe və restoranların açılacağı barədə məlumat verilib.

Bununla bağlı Qazet.az-a açıqlamasında millət vəkili Fazil Mustafa da kafe və restoranların açılmasında heç bir narahatlıq olmadığını qeyd edib.

“Hazırda sahibkarlar ağır vəziyyətdədir. Buna görə də kafe və restoranlar açılmalıdır. Biznesi öldürmək olmaz. Sahibkarlar müştərilərdən məsuliyyətli olmalarını tələb etməlidir ki, sosial məsafəni qorusunlar. Mən Milli Məclisdə çıxışımda da qeyd etdim – açıq havada ərazisi böyük olan, sosial məsafəyə əməl edən kafe və restoranlar açılmalıdır. Çimərlik və avtobuslardakı sıxlıq müəyyən qədər problem yaradır. Yenə də qoruyucu vasitələrdən istifadə olunmalııdr. Bununla da vəziyyəti tənzimləmək olar. Sosial məsafəni gözləməklə kafe və restoranların açılmasnda heç bir narahatlıq yoxdur”, – deyə F.Mustafa bildirib.

Operativ Qərargahın sonuncu brifinqdə də qeyd olunub ki, növbəti həftə, yəni 3 gün sonra kafe və restoranlar fəaliyyətini bərpa edə bilər.

Qazet.az-ın əldə etdiyi məlumata görə, mövcud vəziyyət araşdırılır və koronavirusla bağlı müvafiq statistika nəzərə alınmaqla, mütəxəssislərin yaxın vaxtlarda kafe və restoranlarla bağlı qərar qəbul edəcəyi bildirilir.

pia.az


Etiket: kafe restoran

Şərh yazın.


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

Ramiz Mehdiyevin ölüm xəbəri yayıldı - Rəsmi açıqlama

Prezidentin köməkçisi Anar Ələkbərov Ramiz Mehdiyevlə görüşdü - Foto

Qurban Məmmədovu Əli Həsənov xilas etdi? - İstanbuldan Londona təcili uçuş...

İntihar edən müəllimə intim şəkilləri ilə şantaj olunurmuş - Şikayətinə isə baxılmayıb...

Nəcməddin Sadıkovun qızı Emin Ağalarovla nişanlandı - Fotolar

Qurban Məmmədovla Cavid Qurbanovu nə birləşdirir? - 35 minlik "paket"in missiyası ilə bağlı sensasion iddialar...

Salatın Əsgərovanın oğlu, jurnalist Ceyhun Əsgərov infarkt keçirdi

NATO-dakı Türkiyə və Yunanıstanla əlaqədar kritik toplantısı bitdi – “Ankara ilk kövrək uğurunu qazandı”

loading...

Ən çox oxunanalar