Çərşənbə axşamı, 07 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Rusiya Lukaşenkonun "ərköyünlündən" bezib” – Natiq Cəfərli

“Avtoritar rejimlərdə siyasi elitanın iştirakı olmadan sistemin ağrısız, xaos olmadan tranformasiyası mümkün deyil. Bu gün Belarusda baş verən hadisələr bu tezisi bir daha sübut edir: Rusiya Lukaşenkonun "ərköyünlündən" bezib, ona hər şeyə nəzarət edən güclü diktator lazım deyil, amma Lukaşenkonun qalmasını istəyir, çünki onsuz tranformasiyaya hazırlıq görməyib. İstəyir ki, Lukaşenkonu bəlli çərçivəyə, "İttifaq Dövlətinə" razı salsın, Qərblə son zamanlar yaxınlaşmasını tam kəssin, özündən 100% asılı vəziyyətə salsın”.

PİA.az-ın xəbərinə görə, bunu ReAl Partiyasının funksioneri Natiq Cəfərli deyib.

N.Cəfərli qeyd edib ki, Qərbə də Avropanın ortasında güclü diktator lazım deyil: “Amma Lukaşenkonun özü lazımdı ki, ağrısız transformasiya həyata keçirsin, zəiflətsin, Rusiyadan bacardıqca uzaqlaşdırıb danışıq masasına oturdsun. Ona görə də Rusiyanın "Lukanı" zəiflətmək prosesinə mane olmadı, hətta rus pulu ilə müxalif dalğanın yaranmasına nail oldu - çox maraqlı siyasi texnologiya istifadə etdi. Belarus xalqı isə yeni nəslin iştirakı ilə səmimi və orqanik şəkildə ölkəsinin dəyişməsini istəyir. Gənclər bu oyunlarda kənarda, öz gündəmi ilə ayaqdadır. Balarus dəyişəcək, amma bu keçid dövrü Lukaşenkonun iştirakı ilə olacaq. Legitimliyi sual altına düşən, əvvəlki kimi sözün pis mənasında "özbaşına" ola bilməyən "Batka" masaya oturacaq. Əgər masa Qərblə quralacaqsa, bu zaman Kreml daha aqressiv addımlar ata, hətta vətəndaş müharibəsini alovlandıra bilər. İndi əsas məsələ bunun qarşısını almaqdır - Kremlin, “Qazprom”un pulu ilə vəziyyətin çalxalandırılmasından Qərbin yararlanması Moskvanı qəzəbləndirə bilər. İndi seçim Lukaşenkonundur, əgər tarixin onu bağışlamasını istəyirsə, Qərbin iştirakı ilə masa qurub dinc tranformasiyanın əsasını qoymalıdır. Biz də tranformasiya bənzər ssenari ilə olacaq. Bu məqama görə həm müxalifət olaraq bizim, həm də iqtidarın Belarusdan çıxaracağımız dərslər var...”(Pravda.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ədalət Şükürov həyat yoldaşı ilə birgə - Foto

DYP-nin “yol tənzimləmələri” və sürücülərin müsibətləri...

Bakıda həkim qadının bıçaqlanması ilə bağlı bəzi təfərrüat

Almaniya Rusiyadakı səfirini geri çağırdığını təsdiqləyib - Yenilənib

Qəzada ölən qadın yenicə direktor vəzifəsindən azad edilibmiş

Əhməd Cavadın nəticəsi: “Stalinin kim olduğunu soruşanda nənəm dedi ki, onun adını çəkmə!”

ABŞ səfiri: Mən bu gün Şuşada olmaqdan xoşbəxtəm - Video

Yeni Rusiya imperiyasının qaçılmaz süqutu - İmperiyanın məhvinə rəhbərlik edən isə Putindir...

“Gömrükçü” külli miqdarda pulu mənimsədi: Həbs edildi

Dünyada İT-yə xərclənən vəsait 5 trilyon dolları keçəcək

Ən çox oxunanalar