Bazar ertəsi, 06 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Mikayıl Cabbarov Gəncədə sənaye müəssisələrinin fəaliyyəti ilə tanış olub - Foto

İqtisadiyyat naziri Mikayıl Cabbarov ölkənin şimal-qərb bölgəsinə səfəri çərçivəsində Gəncə şəhərində yerləşən müəssisələrdə olub.

Nazirlikdən verilən məlumata görə, əvvəlcə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovla Gəncənin iqtisadi potensialının gücləndirilməsi, sənaye zonasının yaradılması və bu məqsədlə müvafiq ərazinin ayrılması məsələləri müzakirə olunub.

İqtisadiyyat naziri Gəncədə yerləşən “Azəralüminium” MMC-yə baş çəkib.

Qeyd edək ki, ölkəmizin əlvan metallurgiya sənayesində aparıcı şirkətlərdən olan “Azəralüminium” Cənubi Qafqazda yeganə ilkin aluminium istehsalçısıdır.

Şirkətin əsas müəssisəsi - Alüminium Kompleksi Gəncə şəhərində yerləşir. Kompleksin tərkibinə 4 zavod (Metal Tökmə və Fasiləsiz Yayma, Elektroliz, Təzyiqlə Emal və Boyama, Anod Prosesləri zavodları) və 2 köməkçi sahə (Silisium Düzləndirici Yarımstansiya, Mexaniki Təmir Stansiyası) daxildir. Buradakı zavodların ümumi ilkin alüminium istehsal gücü ildə 50 min tona yaxındır.

Mikayıl Cabbarov müəssisənin fəaliyyəti və perspektiv planları ilə tanış olub. Müəssisə rəhbərliyi ilə aparılan müzakirələrdə dayanıqlı xammal təhcizatının təmin olunması, ilkin alüminium istehsalının genişləndirilməsi, dərin emal prosesinin aparılaraq müxtəlif məhsulların istehsalının təşkili, istehsalın optimallaşdırılması və rəqabət qabiliyyətlinin artırılması məsələləri müzakirə olunub.

Sonra İqtisadiyyat naziri Gəncə Avtomobil Zavodunda olub. Müəssisədə müxtəlif təyinatlı nəqliyyat vasitələri, kənd təsərrüfatı texnikası (traktor, kombayn və s.), yük avtomobilləri və s. yığılır.

Zavod rəhbərliyi ilə görüşdə müəssisənin mövcud istehsal gücü, yeni növ texnikasının, o cümlədən, traktorlar, digər kənd təsərrüfatı texnikası və avtobusların yığımı üçün potensialı və satış imkanları müzakirə edilib, müəssisənin rəqabətqabiliyyətlinin artırılması zəruriliyi vurğulanıb.

 

pia.az

Fotolar






Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ədalət Şükürovun qızının toyundan ilk - Video

Almaniyada futbol matçı zamanı iğtişaş: 155 polis xəsarət aldı

Türkiyəli diplomat İƏT Baş katibinin islamofobiya üzrə xüsusi nümayəndəsi təyin edilib

DYP-nin “yol tənzimləmələri” və sürücülərin müsibətləri...

Ədalət Şükürov həyat yoldaşı ilə birgə - Foto

ABŞ münaqişə başlayandan bəri ilk dəfə İsrailə sursat tədarükünü dayandırıb

Əhməd Cavadın nəticəsi: “Stalinin kim olduğunu soruşanda nənəm dedi ki, onun adını çəkmə!”

Bakıda həkim qadının bıçaqlanması ilə bağlı bəzi təfərrüat

Android 15 yeniləməsi ilk olaraq hansı telefonlara gələcək?

Yeni Rusiya imperiyasının qaçılmaz süqutu - İmperiyanın məhvinə rəhbərlik edən isə Putindir...

Ən çox oxunanalar