Çərşənbə, 08 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ermənistanın mülki azərbaycanlılara atdığı mərmilərin statistikası açıqlandı

Ermənistan dəfələrlə döyüş meydanından uzaq olan, hərbi obyektlərin olmadığı və mülki vətəndaşların yaşadıqları əraziləri hədəf alaraq raket və mərmilər vasitəsilə kütləvi itkilərə səbəb olan hadisələr törədib.

PİA.az Trend-ə istinadən bildirir ki, bunu bu gün keçirilən brifinqdə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin rəhbəri Vüsal Qasımlı deyib.

O bildirib ki, sentyabrın 27-indən oktyabrın 30-dək Azərbaycanın 182-dən artıq yaşayış məntəqəsi düşmən hədəfinə çevrilib: "Ermənistan tərəfindən Azərbaycanın yaşayış məntəqələrinə 27 mindən artıq mərmi, 218 raket zərbəsi endirilib. Ən çox raket zərbələri Goranboy, Gəncə, FüzuliBərdə şəhərlərinə, ən çox mərmi zərbələri isə TərtərAğdam rayonlarına atılıb. Hadisə nəticəsində Bərdə rayonunda 27, Gəncədə 26, Tərtərdə isə 17 mülki şəxs həlak olub. Bu günə qədər 91 nəfər həlak olub, 396 nəfər yaralanıb. 2242 yaşayış evi, 92 çoxmənzilli yaşayış məntəqəsi və 423 mülki obyektə ziyan dəyib. Zərbələr nəticəsində 13 kommunal infrastruktur obyektinə ziyan dəyib ki, onlardan 9-u su təchizatı, 3-ü elektrik təchizatı, 1-i isə istilik təchizatı obyekti olub".

pia.az 


Etiket: Mərmi


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda hoteldə zəhərlənərək ölənlər vəzifəli şəxslər olublar - Yenilənib

Azərbaycanda çox sayda insanın zəhərlənməsinə səbəb olan sahibkarlardan biri danışdı - Yenilənib

107 minə görə həbs edilən ər-arvad bəraət aldılar

Deputatları, naziri şantaj edir, hər kəsi baqaja qoyur - Jurnalistlərdən Elmira Axundovaya cavab

Vladimir Putinin andiçmə mərasimi başladı - Video

Vəzifəsindən azad edilən keçmiş baş nazir: “Zənglərdən yorulmuşam, adamı əsəbiləşdirirlər” - Yenilənib

Paşinyan Putinin andiçmə mərasimində iştirak etməməsinin səbəbini açıqladı: “Dəvət edilmədim”

Azərbaycanda məktəblilər arasında dava: Ölən var  

Bu çayların xərçəng yaratdığı - sübut edildi

Ən çox oxunanalar