Çərşənbə axşamı, 07 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Tərtər İşi"ndəki işgəncələrlə bağlı Xanlar Vəliyev danışdı - "Nağıldır"

Mediada şərti olaraq “Tərtər İşi” adlandırılan sensasion hadisələrin detalları açıqlandıqca Azərbaycan hakimiyyətinə tənqidlər artmağa başlayıb.

Dünyanın nüfuzlu insan haqları təşkilatlarından biri olan İşgəncələr Əleyhinə Beynəlxalq Komitə “Tərtər İşi” ilə bağlı hesabat yayaraq, hərbçilərə verilən dəhşətli işgəncələri açıqlayıb.

İşgəncə faktlarına görə ittiham olunan Azərbaycanın Hərbi Prokuroru Xanlar Vəliyev Gununsesi.info-nun sorğusuna cavab verib.

Hərbi prokuror bildirib ki, bu barədə iddiaları qəbul etmir: “Mən bu iddiaları eşitmişəm. Amma yalandır. Ümumiyyətlə, hesab edirəm ki, bu nağıldır və kim danışırsa, nağıl söyləyir”.

Konkret faktları hərbi prokurora xatırlatsaq da ancaq Xanlar Vəliyev “mətbuat xidmətimə müraciət edin, geniş açıqlama alın” deyərək, telefonun dəstəyini asıb.

Qeyd edək ki, 2017-ci ilin may ayında Baş Prokurorluq, Dövlət Təhlükəsizliyi Xidməti, Müdafiə NazirliyiDaxili İşlər Nazirliyi birgə bəyanat verərək, hərbçilərin Ermənistan xüsusi xidmət orqanlarının xeyrinə casusluq ittihamı ilə tutulduğunu bildirdilər.

Daha sonra 2019-cu ildə tədricən daha geniş ictimaiyyət, rəsmi və qeyri-rəsmi olaraq casusluqda şübhəli bilinən hərbçilərə qarşı işlərin detallarını, xüsusən də 2017-ci ilin may və iyun aylarında edilən kütləvi işgəncələri açıqlamağa başladı.

Azərbaycan hüquq müdafiəçilərinin bildirdiyinə görə, Azərbaycan Silahlı Qüvvələrinin 100-dən çox əsgər və zabitinə işgəncə verilmiş, 25 nəfər uzun müddətli həbs cəzası almış və ən azı doqquzu işgəncədən ölmüşdür. Xüsusilə təqaüddə olan podpolkovnik Saleh Qafarov “əllərini və ayaqlarını bağlayıb, suda batırmış, cərəyan vermiş, dırnaqlarını çıxartmış, çənəsini sındırmış və əlləri bağlı insanı ikinci mərtəbədən atmışdılar. Bunu məhkəməyə onun həyat yoldaşı eşitdiklərindən bildirmişdir.

Bundan sonra komaya düşənə qədər işgəncə verməyə davam etmişdilər.

Keçmiş bölük komandiri, kapitan rütbəsi olan Vaqif Abdullayevin dediyinə görə o, ac saxlanılmış, çılpaq vəziyyətdə üzərinə soyuq su atılmış, elektşok ilə işgəncə verilmişdir, sonra isə ordudan qovulmuşdur.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ədalət Şükürov həyat yoldaşı ilə birgə - Foto

Almaniya Rusiyadakı səfirini geri çağırdığını təsdiqləyib - Yenilənib

DYP-nin “yol tənzimləmələri” və sürücülərin müsibətləri...

Bakıda həkim qadının bıçaqlanması ilə bağlı bəzi təfərrüat

Qəzada ölən qadın yenicə direktor vəzifəsindən azad edilibmiş

Əhməd Cavadın nəticəsi: “Stalinin kim olduğunu soruşanda nənəm dedi ki, onun adını çəkmə!”

“Gömrükçü” külli miqdarda pulu mənimsədi: Həbs edildi

ABŞ səfiri: Mən bu gün Şuşada olmaqdan xoşbəxtəm - Video

Yeni Rusiya imperiyasının qaçılmaz süqutu - İmperiyanın məhvinə rəhbərlik edən isə Putindir...

37 yaşlı oğluna 17 yaşlı qızı alan qadın danışdı - Video

Ən çox oxunanalar