Bazar ertəsi, 06 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Türk general Füzuli əməliyyatı ilə bağlı inanılmaz detalları açıqladı

Füzuli əməliyyatı Azərbaycanın həyata keçirdiyi hərbi hərəkatın uğurla ikinci mərhələyə keçməsinin başlanğıcıdır.

PİA.az xəbər verir ki, bunu açıqlamasında Türkiyənin Azərbaycandakı Səfirliyinin keçmiş hərbi attaşesi, istefada olan general-mayor Yücel Karauz deyib.

General bildirib ki, ermənilər 28 il boyunca işğal etdikləri torpaqları təmas xəttindən etibarən əngəllər yaradıb, silahlar, hərbi təchizat, minalar, elektronik vasitələrlə və digər üsullarla qoruma altına almışdı: "Onlar Majino xətti (1929–1932-ci illərdə Fransanın hərbi naziri olmuş A.Majinonun təklifi ilə Almaniya, Lüksemburq və qismən Belçika sərhədində tikilən fransız uzunmüddətli fortifikasiya qurğuları sistemi) kimi mərhələli şəkildə xətlər təşkil etmişdilər. Ermənistan uzun illik işğal dövründə bu ərazilərdə hazırlıqlar gördü, xəndəklər qazdı, müdafiə sistemi qurdu, əngəllər yaratdı və onları minalarla, elektron sistemlərlə və digər vasitələrlə qorunmasını təmin etdi. Bunların asanlıqla keçilməsi çox çətin idi. Bu əngəllərin keçilməsi üçün xüsusi texnikalar istifadə olunmalı, taktikalar tətbiq olunmalı idi. Ermənilər deyirdilər ki, Azərbaycan Ordusu sərhəddən etibarən üç mərhələli olan xətləri keçə bilməz və Ermənistan ordusu yenilməzdir. Füzulinin azad olunması ermənilərin bu mifini darmadağın etdi. Yenilməz, keçilməz deyilən xətlərin keçilməsi, erməni ordusunun məhv edilməsi, silah-sursatının ələ keçirilməsi, əsgərlərlərinin döyüşü tərk edib qaçması, ordusunun dağılması, tarazlığının pozulması, eyni zamanda ermənilərin döyüş əzmini və qərarlılığını yıxdı. Erməni xalqının, dövlətinin psixoloji olaraq çökməsinə, sonun başlanğıcına səbəb oldu”.

Y.Karauz qeyd edib ki, Füzuli azad edilərkən Azərbaycan Ordusu son dərəcə müasir hərbi texnikalardan istifadə edib: "Azərbaycan hərbi taktika olaraq müasir tətbiqetmələrlə köhnə SSRİ-nin taktikası ilə NATO-nun taktikasını birləşdirəcək şəkildə yeni taktika və texnikalardan istifadə etdi. Azərbaycan əsgəri Vətən, millət, bayraq üçün şəhid olmasının lazım olduğu anlamı ilə analarının əllərinə yaxdığı xınaları və Vətən üçün şəhid olma duyğusu ilə qəhrəmancasına, cəsarətlə, böyük bir ürəklə savaşdı. Qarabağı 28 il boyunca analarının laylalarında Vətən, millət, bayraq kəlmələrini dinləyərək böyüyən nəsil, döyüşçü ruhlu, rəşadətli ordu azad etdi”.

General əlavə edib ki, Prezident İlham Əliyev həm siyasi lider, həm də Ali Baş Komandan kimi müharibəni özü birbaşa və düzgün şəkildə idarə etdi: "Bu amillər Füzuli zəfərini təmin etdi. Füzuli şəhərinin azad olunması isə bütöv Qarabağın işğaldan azad olunmasına səbəb oldu. Keçilməz deyilən səngərlər keçildi, yenilməz deyilən ordu da yenildi. Bir ordunun döyüşmə əzminin və qərarlığının sərhəddi, səviyyəsi vardır. Füzulinin, ondan bir gün sonra da Xudafərinin azad olunması Ermənistan ordusunu və xalqını mənəvi olaraq əzib bitirdi. Füzuli şəhəri azad edildikdən, Azərbaycan Ordusu Xudafərin körpüsünə çatdıqdan sonra, ermənilər psixoloji olaraq həmin dəqiqədən etibarən müharibəni uduzmuşdu”.

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ədalət Şükürov həyat yoldaşı ilə birgə - Foto

DYP-nin “yol tənzimləmələri” və sürücülərin müsibətləri...

Bakıda həkim qadının bıçaqlanması ilə bağlı bəzi təfərrüat

Əhməd Cavadın nəticəsi: “Stalinin kim olduğunu soruşanda nənəm dedi ki, onun adını çəkmə!”

Qəzada ölən qadın yenicə direktor vəzifəsindən azad edilibmiş

Yeni Rusiya imperiyasının qaçılmaz süqutu - İmperiyanın məhvinə rəhbərlik edən isə Putindir...

ABŞ səfiri: Mən bu gün Şuşada olmaqdan xoşbəxtəm - Video

Dünyada İT-yə xərclənən vəsait 5 trilyon dolları keçəcək

Sabah şəxsiyyəti müəyyənləşən dörd itkin şəhid dəfn ediləcək

Neytral mövqe tutan ölkələr Putinə nüvə silahından istifadə ilə bağlı xəbərdarlıq edib

Ən çox oxunanalar