Çərşənbə axşamı, 30 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Kayseri şəhərindəki Xocalı parkında Şuşa Azərbaycan Evinin açılışı keçirilir - Yenilənib

Türkiyənin Kayseri şəhərindəki Xocalı parkında Şuşa Azərbaycan Evinin açılışı keçirilir...

Türkiyənin Kayseri şəhərindəki Xocalı parkında “ŞuşaAzərbaycan Evinin açılışı keçirilib.

“Report”un Türkiyə bürosunun məlumatına görə, tədbirdə Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) sədri Fuad Muradov, Azərbaycan Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov, Kayseri bələdiyyə sədri Memduh Büyükkılıç, Talas rayon bələdiyyəsinin sədri Mustafa Yalçın, AKP-nin Kayseridən seçilən millət vəkilləri - Bayar Özsoy və Murad Cahid Cingi, Ərciyəz Universitetinin professoru, “ŞuşaAzərbaycan Evinin təsisçi idarə heyətinin üzvü Havva Selçuk Kurt, “ŞuşaAzərbaycan Evinin rəhbəri Elşən Qəmbərov, Ərciyəz Universitetinin azərbaycanlı müəllimləri və digər soydaşlarımız, eləcə də yerli sakinlər iştirak ediblər.

Havva Selçuk Kurt “Report”un Türkiyə bürosuna deyib ki, mərkəz Azərbaycan və Türkiyə arasında əlaqələrin daha yaxşı səviyyələrə çatmasına və iki dövlətin qardaşlığının möhkəmlənməsinə töhfə verəcək: “Bir millət, iki dövlət” prinsipi ilə qardaşlığın möhkəmlənməsi üçün belə fəaliyyətlər bundan sonra da olacaq”.

Havva Selçuk Kurt “ŞuşaAzərbaycan Evinə bitişik ərazidə Azərbaycanın Qarabağ bölgəsinin Xocalı şəhərində 1992-ci ildə Ermənistan hərbçiləri tərəfindən qətlə yetirilmiş 613 dinc sakinin adlarının qeyd edildiyi Xocalı Şəhidləri abidəsinin olduğunu da vurğulayaraq deyib ki, kayserililər Azərbaycan bayrağının Şuşa ilə qardaş şəhər Kayseridə dalğalandırılmasından böyük qürur duyur.

Kayseri bələdiyyəsinin sədri Memduh Büyükkılıç “Report”un Türkiyə bürosuna açıqlamasında Azərbaycanın timsalında Kayserini bütün türk dünyasının görüş yeri hesab etdiyini bildirib. Bələdiyyə sədri bu cür fəaliyyətlərdə türk gəncliyinə böyük önəm verilməsinin vacibliyini qeyd edib: “Biz də yaxın gələcəkdə qardaş Şuşaya böyük heyətlə səfər edəcəyik”.

ŞuşaAzərbaycan Evinin yerləşdiyi Talas rayon bələdiyyəsinin sədri Mustafa Yalçın isə qeyd edib ki, ərazi 20 min kvadrat metrlik bir sahəni əhatı edir və orada Xocalı parkı da salınıb.

Şuşa Azərbaycan Evinin rəhbəri Elşən Qəmbərov “Report”un Türkiyə bürosuna deyib ki, bu mərkəz həm də DİDK-in və Talas bələdiyyəsinin birgə fəaliyyəti nəticəsində ərsəyə gəlib.

Kayseri Böyük Şəhər Bələdiyyəsinin türk cəngavərliyini əks etdirən “Mehtər” qrupunun təntənəli ifaları ilə başlayan tədbir iştirakçıların əksəriyyətinin “Qarabağ” mahnısını şövqlə səsləndirməsi ilə başa çatıb.

Qeyd edək ki, bu gün Kayseri Mədəniyyət Mərkəzində tədbirin bədi hissəsi Naxçıvan Dövlət Filarmoniyasının Mahnı və Rəqs Qrupunun iştirakı ilə davam edəcək.

***

“Report”un Ankara bürosunun məlumatına görə, tədbirdə Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov, Azərbaycan Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov, Kayserinin Talas rayon bələdiyyəsinin sədri Mustafa Yalçın, Kayseri Universitetinin tarix üzrə professoru Havva Selçuk Kurt, musiqi nəzəriyyəsi üzrə professor Nigar Əsgərova iştirak edirlər.

Qeyd edək ki, Şuşa Azərbaycan Evinin fəaliyyəti üçün Xocalı parkının ərazisində xüsusi bina inşa edilib. Tədbirdən əvvəl parkda ucaldılan Xocalı abidəsi ziyarət edilib.

Fotolar

Poliqon.info

 

 

 

 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

TƏBİB: Qazaxda minaya düşən DSX hərbçisinin vəziyyəti ağırdır - Yenilənib

Əri tərəfindən başı kəsilən Sevincin üç yaşında qızı olub - Təfərrüat, Yenilənib, Foto

Banklar geri çəkilir, Çin şirkətləri Rusiya ödənişlərində "yeraltına" köçür...

İntim videolar çəkən FHN polkovniki yenidən hakim qarşısında

Tanınmış teleaparıcı Aytən Səfərova evə buraxılıb    

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, açarlar təqdim olunub - Yenilənib    

Rəqəmsal inkişaf və nəqliyyat nazirinə iki yeni müavin təyin edilib    

Ən çox oxunanalar