Çərşənbə axşamı, 30 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İsrailin gözlənilən intiqamı: İranı təəccübləndirə biləcək zərbə hazırlanır...

İsrail hərbi-siyasi rəhbərliyinin İrana qarşı qarşıdan gələn cavab zərbəsi ilə bağlı bəyanatları kifayət qədər konkret səslənir və cavabın qaçılmazlığına heç bir şübhə yeri qoymur...

Poliqon xəbər verir ki, bu barədə İsrailin “Ynet “ nəşri məlumat yayıb. Nəşr qeyd edir ki, müttəfiqlərini mövcud koalisiyanın qorunması və regional müharibənin qarşısını almaq üçün səy göstərdiyinə əmin etsə də, İsrail İranın cəzalandırılması ilə bağlı qətiyyətlidir.

Nəşr yazır ki, İsrailin məqsədi bəllidir: İran 300-dən çox raket və hücum pilotsuz təyyarələrinin daxil olduğu misilsiz miqyaslı hücuma görə cəzalandırılmalıdır. Cavab zərbəsi Tehrana nümayiş etdirməlidir ki, İsrail İranda istənilən hədəfə çata və bu hədəfi vura bilər. Bu halda cavab qeyri-adi və asimmetrik də ola bilər.

“Ynet” vurğulayır ki, istənilən halda bu, İsrailin əsas müttəfiqi olan ABŞ üçün sürpriz olmayacaq. İsrail hakimiyyəti Amerika rəhbərliyinə aprelin 1-də Dəməşqdə SEPAH generalı Məhəmməd Rza Zahidinin (həmçinin Həsən Məhdəvi kimi tanınır) İsrail tərəfindən öldürülməsindən fərqli olaraq, bu dəfə əvvəlcədən xəbərdarlıq ediləcəyinə dair təminat verib.

Bu, İran qisas məqsədilə ABŞ bazalarına hücum edərsə, hərbi itkilərinin qarşısını almaq üçün lazımdır. Qeyd edilir ki, Zahidinin Dəməşqdə öldürülməsindən sonra ABŞ rəhbərliyi İsrailin zərbəni son anda elan etməsi ilə bağlı hiddətini gizlətməyib.

Bildirilir ki, son günlər Pentaqonun rəhbəri Lloyd Ostin müdafiə naziri Yoav Qalantla üç dəfə danışıb. İki dəfə şənbə günü, aprelin 13-də, İranın hücumundan az əvvəl və növbəti gün yenidən müdafiə nazirləri vəziyyəti müzakirə ediblər.

İsrail Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Herzi Halevi isə birmənalı olaraq deyib: “İran tərəfindən İsrailin belə kütləvi atəşə tutulmasına cavab veriləcək”.

ABŞ rəhbərliyindəki adının çəkilməsini istəməyən yüksək səviyyəli mənbə bildirib ki, prezident Co Bayden İsrailin Baş nazirini İrana hücumdan çəkindirmək niyyətində deyil.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

TƏBİB: Qazaxda minaya düşən DSX hərbçisinin vəziyyəti ağırdır - Yenilənib

Əri tərəfindən başı kəsilən Sevincin üç yaşında qızı olub - Təfərrüat, Yenilənib, Foto

Banklar geri çəkilir, Çin şirkətləri Rusiya ödənişlərində "yeraltına" köçür...

İntim videolar çəkən FHN polkovniki yenidən hakim qarşısında

Tanınmış teleaparıcı Aytən Səfərova evə buraxılıb    

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, açarlar təqdim olunub - Yenilənib    

Rəqəmsal inkişaf və nəqliyyat nazirinə iki yeni müavin təyin edilib    

Ən çox oxunanalar