Çərşənbə, 01 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Vitse-kansler: Putin Ukraynada uğur qazansa, müharibəni davam etdirəcək

Almaniyanın iqtisadiyyat naziri, vitse-kansler və Yaşıllar Partiyasının nümayəndəsi Robert Habek növbəti dəfə Ukraynanın paytaxtına səfər edib...

Poliqon xəbər verir ki, o, bu gün səhər saatlarında xüsusi qatarla Kiyevə yollanıb. Bu, Habekin Rusiya işğalı başlayandan bəri Ukraynaya ikinci səfəridir. O, sonuncu dəfə düz bir il əvvəl Kiyevdə olub. Bu dəfə Habeki kiçik biznes nümayəndə heyəti müşayiət edir.

İqtisadiyyat nazirinin özünün sözlərinə görə, o, göstərmək istəyir ki, Almaniya nə qədər lazımdırsa, Ukraynanın tərəfində möhkəm dayanır.

"Putin Ukraynada uğur qazansa, müharibəni davam etdirəcək. Ona görə də Avropada təhlükəsizliyimiz və sülhümüz üçün Ukraynanın özünü uğurla müdafiə etməsi və bizim ona kömək etməyimiz vacibdir", deyə Habek bildirib.

Onunla birlikdə "İris-T SLM" zenit-raket komplekslərini istehsal edən "Diehl Defence" silah şirkətinin rəhbəri Helmut Rauç Ukraynaya yollanıb.

"Bizim sistemlərimizdən üçü artıq Ukraynadadır və bu il daha çoxu çatdırılacaq. Növbəti bir neçə həftədən sonra çatdırılma reallaşacaq", deyə şirkət rəhbəri bildirib.

Habek Kiyevdə Ukrayna prezidenti Volodimir Zelenski, iqtisadiyyat naziri Yuliya Sviridenko və energetika naziri German Qaluşenko ilə görüşəcək. Daha sonra vitse-kansler Kişinyova gedəcək və orada Moldovanın baş naziri Dorin Recean ilə görüşü planlaşdırılıb.

"Moskvanın təcavüzü Ukraynanın qonşularına güclü təsir göstərir. Almaniya Rusiyanın sabitliyi pozmaq cəhdlərinə qarşı etibarlı tərəfdaş kimi Moldovanı dəstəkləyir və ölkəni Aİ yolunda müşayiət edir", deyə Habek əlavə edib.

Poliqon.info

 

 


Etiket: Rusiya Ukrayna


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Coşqun Əliyev daha yüksək vəzifəyə gətirilir - İddia

Növbəti köç karvanı Laçına çatıb, açarlar təqdim olunub - Yenilənib

Bakı Yelizavetpol xəritəsini təklif etsə… - İoannisyan

Yadplanetlilər bu partlayışda məhv olub - Şok iddia

Bu il Azərbaycandan Həcc ziyarətinə səfərin vaxtı açıqlanıb

Məşhur ifaları ilə tanınan müğənni Züleyxa Rəhimi vəfat etdi - Foto,Video

Korrupsiya əməliyyatı aparılan qurumdan görüntülər - Video

Ən çox oxunanalar