Cümə, 03 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanla Qazaxıstan arasında konsulluq məsləhətləşmələri keçirilib - Foto

19 aprel 2024-cü il tarixində Bakı şəhərində Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Qazaxıstan Xarici İşlər Nazirliyi arasında növbəti konsulluq məsləhətləşmələri keçirilib...

Poliqon xəbər verir ki, bu barədə Xarici İşlər nazirliyi məlumat yayıb.

Məsləhətləşmələrdə Azərbaycan nümayəndə heyətinə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsinin rəisi Emil Səfərov, Qazaxıstan nümayəndə heyətinə isə Qazaxıstan Respublikası Xarici İşlər Nazirliyinin Konsulluq Xidməti Departamentinin direktoru Akatayev Bauırjan rəhbərlik edib.

Görüşdə həmçinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinın və Dövlət Miqrasiya Xidmətinin, Qazaxıstan tərəfindən isə Qazaxıstan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Miqrasiya Komitəsinin və Qazaxıstan Respublikası Daxili İşlər Nazirliyinin Miqrasiya Xidməti Komitəsi rəsmiləri iştirak edib.

Konsulluq məsləhətləşmələri zamanı Azərbaycan üçün mühüm tərəfdaş ölkə olan Qazaxıstanla konsulluq sahəsində əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri, o cümlədən sahə üzrə yeni ikitərəfli sənədlərin imzalanması və konsulluq xidmətlərinin rəqəmsallaşdırılması imkanları barədə müzakirələr aparılıb.

Məsləhətləşmələr çərçivəsində tərəflər həmçinin Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında miqrasiya, təhsil və digər vacib sahələrdə əlaqələrin gücləndirilməsi istiqamətində birgə tədbirlərin görülməsini vurğulayıblar.

Danışıqların sonunda iki ölkənin nümayəndə heyətləri tərəfindən görüşün protokolu imzalanıb.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda sabiq nazir hər ay mənimsədiyi pulların miqdarını açıqladı

MSK Ramin Məmmədovun deputat səlahiyyətlərinə xitam verib - Yenilənib

Ağcabədidə qadın qətlə yetirilib, qaynı saxlanılıb - Yenilənib

Prezidentin sərəncamı 3000-ə yaxın şəxsə şamil olunacaq

Rusiya 15 ukraynalı əsir hərbiçini edam edib - Human Rights Watch bu cinayətləri təsdiqləyib...

Dostunun 14 yaşlı qızını qaçıran kişi həbs olundu

Dini liderlər Füzuli şəhərində olublar - Yenilənib

Məşhur COVID peyvəndinin mənfi təsirləri təsdiqləndi

Altı körpənin yanaraq ölməsində təqsirləndirilən Mehriban Abasquliyevaya yenidən vəzifə verilir? - Açıqlama

66 konqresmen Azərbaycana qarşı sanksiyalar tətbiq etmək təklifi ilə çıxış edib...

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu başa çatıb - Yenilənib  

Ən çox oxunanalar