Cümə axşamı, 02 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Baku TV-də yayımlanan “Damdakılar” verilişinin yeni buraxılışı efirə gedib...

Verilişin budəfəki sayında qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən adam öldürməyə cəhd, tamah məqsədilə adam öldürməyə cəhd, dələduzluq, külli miqdarda ziyan vurma, əmlakı qəsdən məhv etmə, qanunsuz olaraq odlu silah əldə etmə, başqasına satma maddələri ilə 17 il bir ay müddətinə azadlıqdan məhrum edilən Günel Süleymanova öz həyat hekayəsini danışıb.

35 yaşlı məhbus deyir ki, əslində, atasının cinayətlərini üzərinə götürüb:

“Mən həbs olunanda övladım bir yaş yeddi aylıq idi. Həmin vaxt həyat yoldaşıma da əsəbi idim. Atam isə qara dünyanın adamı olub. O, “bəlkə, cinayəti sən üstünə götürəsən, səni xilas edərəm” dedi, mən də cavab vermədən gedib hər şeyi öz üstümə götürdüm. Bakıdan Naxçıvana təyyarə ilə həbsxanaya gətiriləndə qandalı açıb polisə verdim ki, mən istədiyim zaman bunu aça bilərəm”.

G.Süleymanova qeyd edib ki, atası da onunla birlikdə həbs olunub:

“Atama ilk olaraq 10 il həbs cəzası verilmişdi. Məhkəmələrdə hər şeyi öz üstümə götürəndən sonra həbs müddəti azaldıldı. Daha sonra xəstəliyinə görə azadlığa buraxıldı. Gəlib mənlə görüşdü, halallıq istədi, üç gün sonra da vəfat etdi”.

Həbsxanadakı ən çarəsiz anından danışan Günelin sözlərinə görə, ilk gecə onun üçün o qədər ağır keçib ki, heç yata bilməyib.

Poliqon.info

 

 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda itkin uşaqla bağlı müəmma böyüyür: Görüntüləri kim sildirib? - Video

Nikoldan delimitasiya açıqlaması: Tez olmalıdır, yoxsa...

İran dövlət radio və televiziyasının Azərbaycanda ofisi bağlandı - Foto

Heyətində vaxtilə ulduz futbolçular olan məşhur klub İtaliya A Seriyasına qayıtdı

Bəhram “kənd-şəhər” söhbəti etdi, tənqid olundu - Video

Paşinyan: “Növbəti illərdə dövlətimiz həlledici qərarlar qəbul etməli olacaq”

Gürcüstanda polis etirazçılara rezin güllədən istifadə edib, yaralananlar var - Yenilənib

Azərbaycan və Özbəkistan arasında regional əməkdaşlıq məsələləri müzakirə edilib

Avropada rus klassiklərinin nadir nəşrləri kütləvi şəkildə oğurlanıb

Azərbaycan-UNESCO əməkdaşlığı müzakirə olunub

Ən çox oxunanalar