Bazar ertəsi, 06 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

BMT Qəzzada kütləvi məzarlıqları araşdırmağa çağırıb

BMT-nin İnsan Haqları üzrə Ali Komissarı Volker Türk Qəzza zolağında iki xəstəxananın, “Nasser” və “Əl-Şifa” xəstəxanalarının yaxınlığında kütləvi məzarlıqların aşkarlanması ilə bağlı beynəlxalq araşdırma aparılmasının zəruri olduğunu bildirib...

Poliqon xəbər verir ki, bu barədə The New York Times qəzeti məlumat yayıb. Nəşr qeyd edir ki, cəsədlər İsrail əsgərləri xəstəxana komplekslərindən çıxarıldıqdan sonra aşkar edilib.

“Biz həyəcan təbili çalmağa ehtiyac duyuruq, çünki çoxlu cəsədlərin aşkar edildiyi açıq-aydındır”, deyə Türkün mətbuat katibi bildirib.

Qeyd edək ki, ötən həftə sonu Fələstinin fövqəladə hallar xidmətləri Xan Yunisdəki “Nasser” kompleksində 283 cəsədin olduğu kütləvi məzarlıq aşkar etdiklərini bildirib. Tapılan cəsədlərdən bəzilərinin əlləri qandallı olduğu bildirilir.

NYT qeyd edir ki, bir gün əvvəl İsrail hərbçiləri fələstinlilər tərəfindən basdırılan cəsədlərin aralarında girovların olub-olmadığını müəyyən etmək üçün eksqumasiya etdiklərini açıqlayıb.

!İsrailli girovlara aid olmayan yoxlanılan cəsədlər hadisə yerinə qaytarılıb”, deyə İsrail ordusu bildirib.

Bir neçə gün əvvəl isə “Əl-Şifa” xəstəxana kompleksinin yaxınlığında 380-dən çox cəsəd tapılmışdı. BMT-nin hesabatında deyilir ki, cəsədlər ilk dəfə Humanitar Məsələlərin Koordinasiya Ofisi aprelin əvvəlində gəldikdən sonra aşkar edilib.

BMT rəsmilərinin sözlərinə görə, İsrail hakimiyyəti humanitar işçilərin xəstəxana kompleksinə daxil olmasına dəfələrlə icazə verməyib. İsrail bu məlumatı şərh etməyib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Vladimir Putinin yeni avtomobili nümayiş olundu - Video

Nərçə Ağayevin 85 illiyi münasibətilə məzarı önündə anım tədbiri keçirilib - Fotolar

“Bakı marafonu 2024”ün qalibləri müəyyənləşib - Yenilənib

Nərimanovda bələdiyyə sədri Təmraz Tağıyev ağacların qəniminə çevrilib - Fotolar

Ədalət Şükürovun qızının toyundan ilk - Video

Bakıda həkim xanımını bıçaqlamaqda şübhəli bilinən ər saxlanıldı

Türkiyəli diplomat İƏT Baş katibinin islamofobiya üzrə xüsusi nümayəndəsi təyin edilib

Almaniyada futbol matçı zamanı iğtişaş: 155 polis xəsarət aldı

COP29-un Bakıda keçirildiyi müddətdə dünyada hərbi əməliyyatlar dayandırıla bilər

Ən çox oxunanalar