Çərşənbə axşamı, 07 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Azərbaycan terrorçuların mühasirəsinə düşüb”


Rusiyalı ekspertdən sensason açıqlama: “Şimaldan terrorçuların güclü təsir altına salındığı Şimali Qafqaz, qərbdən Gürcüstan, şərqdən Mərkəzi Asiya, cənubdan isə hər şeyin pis olduğu Yaxın və Orta Şərq...”


Azərbaycanın adı “Qlobal terrorçuluq indeksi - 2015"in (The Global Terrorism Index) illik hesabatına salınıb. 

Bu hesabatda dünya ölkələrindəki terror təhlükəsi qiymətləndirilib.  Qiymətləndirmənin nəticəsində hazırlanmış  siyahıda Azərbaycan 160 ölkə içərisində 93-cü yerdədir. 

Bundan başqa, minval.az saytına müsahibəsində rusiyalı analitik Andrey Kazançev də Azərbaycanın terror baxımından heç də güvənli ərazidə yerləşmədiyinə diqqət çəkərək bildirib: ”Cənubi Qafqazın  öz böhran nöqtələri var. Azərbaycan özünəməxsus şəkildə terrorçuların mühasirəsinə düşüb. Şimaldan terrorçuların güclü təsir altına salındığı Şimali Qafqaz, qərbdən Gürcüstan, şərqdən Mərkəzi Asiya və Əfqanıstanı birləşdirən Xəzər dənizi, cənubdan isə hər şeyin pis olduğu Yaxın və Orta Şərq. Ona görə də Azərbaycanın xüsusi xidmət orqanlarının dincəlməyinə şərait yaranmır".

Məsələ ilə bağlı “Yeni Müsavat”a Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü Zahid Oruc danışıb. O bildirib ki, regionumuzun terror riskləri ilə əhatə olunması danılmazdır: “Bu təhlükələri biz  on illər ərzində yaşamışıq. Bu hal ilk növbədə müharibə amilindən qaynaqlanır.  Çünki nəzarət imkanlarının itirilməsi nəticəsində  müxtəlif cinayətkarlıq, çirkli pulların dövriyyəsi, narkotik qaçaqmalçılığı və sairə baş verir.  Terror Ermənistanın dövlət siyasətinə çevrilib. Zamanında Şimali Qafqaz arealında Gürcüstanda Pankisi dərəsinə qədər böyük bir ərazidə terrorçu yuvaları vardı. Qərb Rusiya ilə savaşını həm də ərəb dünyasından gətirdiyi xattablar hesabına gerçəkləşdirirdi. Bu da bölgədə riski artırırdı və prosesin ağrısını Azərbaycan da həm iqtisadi, həm də fiziki terrora məruz qalması ilə yaşayıb. İqtisadi ona görə deyirəm ki, Bakıdan gedən qatarların qarşısı kəsilib soyulurdu. O cümlədən Bakı-Novorossiysk kəmərinə  hücumlar və neft mənbələrindən əldə edilən vəsaitlərin də sonradan terrora qoyulması hallarını müşahidə etmişik. Təhlükənin ən mühüm yeri isə Əfqanıstan  və ya İran üzərindən gələn narkotika idi ki,  bu da tonlarla çəkidə idi. Buradan əldə edilən külli miqdarda vəsait də terrora xərclənirdi. Dini-ekstremizm, müxtəlif  ərəb ölkələrində vuruşaraq gələn qrupların Azərbaycanı hədəf seçməsi də təhlükələr sırasında idi. Şübhəsiz ki, biz İslam ölkəsiyik və burada məzhəblərarası  savaş təşkil etmək də ölkəmizdəki sabitliyə qarşı terror riski kimi qiymətləndirilə bilər”.

Z.Oruc bildirib ki, məsələ ilə bağlı müsbət məqamlar da az deyil: “İlk növbədə  Ermənistan qarşısında, Azərbaycan böyük bir  səngər qurub. Təhlükəsizliyimizin əmsalı bu cinahdan xeyli yüksəlib. Azərbaycan ön cəbhəyə ən müasir texnikasını  və bacarıqlı hərbçilərini toplayıb.  Şimali Qafqazdakı qeyd etdiyimiz meydan isə  demək olar ki, daralıb. Artıq Rusiyanın  bütün siyasi elitası  da o regionda keçmiş  hadisələrin təkrarlanmasını istəmir. Gürcüstan ətrafında da sakitlikdir. Həmçinin İranAzərbaycan arasındakı münasibətlər də xeyli yaxşılaşıb. Yeganə başlıca mənbə, burada dini-ekstremist qüvvələrdir. Fransa kimi NATO  üzvü olan  güclü təhlükəsizlik sisteminə dayanan bir ölkə terrorun  qarşısını qabaqlayıcı bir formada ala bilmirsə, bu, o deməkdir ki, bizim regionda da hər an hansısa bir məkana zərbə vurula bilər”.

Z.Oruc  MTN nazirinin olmadığı hazırkı dövrdə, ölkəmizin təhlükələrdən necə qorunması barəsində də danışıb: “Müvafiq dövlət strukturları hazırkı dövrdə Azərbaycana qarşı yönəlik təhlükələri önləyə bilir. Məhz buna görə də ölkədə sabitlik və əmin-amanlıq var.  Milli Təhlükəsizlik Nazirliyi də binasını milli etibar və güvən yerinə çevirməlidir. Həmçinin yeni kəşfiyyat və əks-kəşfiyyat işlərinə əhatə edən qurumlar da, yeni islahatlara da ehtiyac var. Düşünürəm ki, siyasi mənsubiyyətindən, ideoloji yönündən, rus və ya qərbpərəst olmasından asılı olmayaraq hər kəs ölkənin sabitliyinin qorunmasında maraqlı olmalıdır. Çünki nəzərə almaq lazımdır ki, kiminsə sərvəti az və ya çox ola bilər. Ancaq sabitlik hər bir kəsin sərvətidir”. (musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ədalət Şükürov həyat yoldaşı ilə birgə - Foto

DYP-nin “yol tənzimləmələri” və sürücülərin müsibətləri...

Bakıda həkim qadının bıçaqlanması ilə bağlı bəzi təfərrüat

Qəzada ölən qadın yenicə direktor vəzifəsindən azad edilibmiş

Əhməd Cavadın nəticəsi: “Stalinin kim olduğunu soruşanda nənəm dedi ki, onun adını çəkmə!”

ABŞ səfiri: Mən bu gün Şuşada olmaqdan xoşbəxtəm - Video

Yeni Rusiya imperiyasının qaçılmaz süqutu - İmperiyanın məhvinə rəhbərlik edən isə Putindir...

Dünyada İT-yə xərclənən vəsait 5 trilyon dolları keçəcək

Sabah şəxsiyyəti müəyyənləşən dörd itkin şəhid dəfn ediləcək

“Gömrükçü” külli miqdarda pulu mənimsədi: Həbs edildi

Ən çox oxunanalar