Çərşənbə axşamı, 07 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Azərbaycana təzyiq cəhdləri heç bir nəticə verməyəcək“



Fərid Şahbazlı: ‘Bu ABŞ-ın riyakar mahiyyətini növbəti dəfə ortaya qoydu’


"Bakıda keçiriləcək I Avropa Oyunları ərəfəsində ölkəmizə qarşı yönələn anti-Azərbaycan kampaniyasına ABŞ Dövlət katibi Con Kerri tərəfindən rəhbərlik edilməsi haqqında məlumatlar ABŞ-ın riyakar mahiyyətini növbəti dəfə ortaya qoymuş oldu".

Bu sözləri "İslahatçı Gənclər" İctimai Birliyinin sədri Fərid Şahbazlı anti-Azərbaycan kampaniyasının ABŞ Dövlət katibi Con Kerrinin konqresdəki ofisindən idarə olunması barədə məlumata münasibət bildirərkən deyib. 

O bildirib ki, Azərbaycanın hər ötən gün dünyada nüfuzunun yüksəlməsi və cərəyan edən proseslərə təsir gücünün artması bir sıra beynəlxalq dairələri ciddi şəkildə narahat edir: “Bu qüvvələr ölkəmizin müstəqil xarici siyasət yürütməsini həzm edə bilmir və müxtəlif yollarla ölkəmizə təzyiq etməyə çalışırlar. Bu dairələr hər dəfə ölkəmizdə reallaşdırılacaq beynəlxalq səviyyəli tədbirləri bəhanə edərək, Azərbaycana təzyiq etmək və bununla da özlərinin siyasi və iqtisadi maraqlarını qəbul etdirməyə çalışırlar. Öncədən də bu anti-Azərbaycan dairələrinin ABŞ-dan dəstəkləndiyi haqda dəfələrlə məlumatlar yayılmışdı. Son araşdırma isə konkret olaraq ermənipərəst mövqeyi ilə tanınan Con Kerrinin anti-Azərbaycan kampaniyasına rəhbərlik etdiyi faktını ortaya qoydu. "

F.Şahbazlı qeyd edib ki, bütün bu cəhdlər əbəsdir və heç bir nəticə verməyəcək: "ABŞ və digər Qərb dairələri anlamalıdır ki, Azərbaycanla təhdid dilində danışmaq yolverilməzdir və bu prosesdən itirən yalnız onlar özləri olacaq. Çünki bütün dünya, nüfuzlu beynəlxalq təşkilatlar Azərbaycanda sürətlə reallaşdırılan siyasi-iqtisadi islahatları görür və təqdir edirlər. Azərbaycan I Avropa Oyunlarına ən yüksək səviyyədə ev sahibliyi edəcək və bu oyunlar möhtəşəm idman bayramı kimi dünyanın idman tarixinə qızıl hərflərlə yazılacaq. Avropanın idman və mədəniyyət dünyası üçün tarixi bir hadisə kimi qəbul edilən I Avropa Oyunlarının Azərbaycana həvalə edilməsi Azərbaycanın beynəlxalq və Avropa Olimpiya hərəkatı ilə olan sıx həmrəyliyinin, idman və mədəniyyət sahəsində əldə etdiyi böyük uğurların məntiqi nəticəsidir". (azxeber.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ədalət Şükürov həyat yoldaşı ilə birgə - Foto

Almaniya Rusiyadakı səfirini geri çağırdığını təsdiqləyib - Yenilənib

DYP-nin “yol tənzimləmələri” və sürücülərin müsibətləri...

Bakıda həkim qadının bıçaqlanması ilə bağlı bəzi təfərrüat

Qəzada ölən qadın yenicə direktor vəzifəsindən azad edilibmiş

Əməkdar artist Yusif Mustafayevin iştirak etdiyi toy yarıda kəsildi - Video

Əhməd Cavadın nəticəsi: “Stalinin kim olduğunu soruşanda nənəm dedi ki, onun adını çəkmə!”

“Gömrükçü” külli miqdarda pulu mənimsədi: Həbs edildi

ABŞ səfiri: Mən bu gün Şuşada olmaqdan xoşbəxtəm - Video

37 yaşlı oğluna 17 yaşlı qızı alan qadın danışdı - Video

Yeni Rusiya imperiyasının qaçılmaz süqutu - İmperiyanın məhvinə rəhbərlik edən isə Putindir...

Ən çox oxunanalar