Çərşənbə axşamı, 07 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Azərbaycanda visa liberallaşdırılması islahatlarına start verilməlidir“


"“Dünyanın ən çətin viza alınan 10 ölkəsi” siyahısına Azərbaycanın da daxil edilməsi ölkənin xarici sərmayələrə və turistlərə ehtiyacının getdikcə artdığı indiki həsas məqamda ciddi qiymətləndirmələr aparmağı və nəticələr çıxarmağı tələb edir"


Qeyd edək ki, Böyük Britaniyanın “Wanderlust” jurnalının Azərbaycanın “Dünyanın ən çətin viza alınan 10 ölkəsi” siyahısına daxil edib.

Azərbaycanın bu siyahıda mövqeyi ilə  bağlı iqtisadçı-alim Qubad İbadoğlu fikirlərini bölüşüb:

"Böyük Britaniyanın “Wanderlust” adlı səyahət jurnalının tərtib etdiyi “Dünyanın ən çətin viza alınan 10 ölkəsi” siyahısına Azərbaycanın da daxil edilməsi ölkənin xarici sərmayələrə və turistlərə ehtiyacının getdikcə artdığı indiki həsas məqamda ciddi qiymətləndirmələr aparmağı və nəticələr çıxarmağı tələb edir. Jurnal Azərbaycana vizaların rəsmiləşdirilməsi müddətinin dörd-altı həftə olduğunu iddia edir. Baxmayaraq ki, 29 noyabr 2013-cü ildə Vilnyus şəhərində Avropa Birliyi və Azərbaycan şərq tərəfdaşlığı sammiti çərçivəsində viza liberallaşdırılması, 28 fevral 2014-cü ildə isə readmissiya sazişi imzalayıb. Readmissiya sazişi – hər hansı bir dövlətin ərazisində qanunsuz olan əcnəbinin öz mənşə ölkəsinə və ya tranzit ölkə kimi istifadə etdiyi ölkəyə qaytarılması proseduralarını müəyyənləşdirən sənəddir.

Düzdür, son zamanlar online anket forması və ərizə qəbulu sahəsində mütərəqqi dəyişikliklər edilsə də onun tətbiqi sahəsində problemlər müşahidə olunur. Viza qərarının verilməsi isə bir neçə orqanın apardığı qiymətləndirmədən sonra qəbul edildiyin izafi zaman tələb edir. Hesab edirəm ki, bu istiqamətdə ən düzgün yanaşma Azərbaycan üçün vacib olan, sərmayə qoyuluşunda öndə gələn seçilmiş ölkələr üçün viza tətillərinin elan edilməsidir. 

Bu imkandan Qazaxıstan son zamanlar bəhrələnməyə çalışır. Belə ki, bu ölkə hökümətinin qərarı ilə ABŞ, Almaniya, Avstraliya, Belçika, Birləşmiş Ərəb Əmirliyi, Böyük Britanıya. Fransa, Finlandiya, Hollandiya, İsveçrə, ispaniya, İtalıya, Malayzıya, Monako, Norveç, Sinqapur və Yaponiyanın vətəndaşları, 16 iyul 2015-ci ildən 31 dekabr 2017-ci ilədək bu respublikaının sərhədlərini vizasız keçib, 15 gün ərzində Qazaxıstanda sərbəst qalmaq hüqualarına malikdirlər. Bundan sonra Qazaxıstan höküməti Avropa Birliyi və Böyük Britaniya ilə ikitərəfli qaydada vıza prosedurlarının sadələşdirilməsi ilə müzakirələrə başlayıb. Bildiyiniz kimi, Gürcüstan və Ukrayna vətəndaşları üçün Avropa Birliyinə vızasız daxil olmaq barədə razılaşma əldə edilib. 

Hesab edirəm ki, Azərbaycan höküməti də bu istiqamətdə yeni təşəbbüslərlə çıxış etməlidir. Çünki, ölkəyə xarici sərmayənin və turistlərin cəlb edilməsində həlli vacib olan əsas məsələlərdən biri də viza rejiminin liberallaşdırılmasıdır. Bu təklif Azərbaycan Demokratiya və Rifah Hərəkatının hazırladığı və 10 gün bundan əvvəl hökümətə təqdim etdiyi "İqtisadiyyatda əsas və təxirəsalınmaz tədbirlər" Paketinə də daxil edilib".

Gülşən ŞƏRİF
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ədalət Şükürov həyat yoldaşı ilə birgə - Foto

DYP-nin “yol tənzimləmələri” və sürücülərin müsibətləri...

Bakıda həkim qadının bıçaqlanması ilə bağlı bəzi təfərrüat

Qəzada ölən qadın yenicə direktor vəzifəsindən azad edilibmiş

Əhməd Cavadın nəticəsi: “Stalinin kim olduğunu soruşanda nənəm dedi ki, onun adını çəkmə!”

ABŞ səfiri: Mən bu gün Şuşada olmaqdan xoşbəxtəm - Video

Almaniya Rusiyadakı səfirini geri çağırdığını təsdiqləyib - Yenilənib

Yeni Rusiya imperiyasının qaçılmaz süqutu - İmperiyanın məhvinə rəhbərlik edən isə Putindir...

“Gömrükçü” külli miqdarda pulu mənimsədi: Həbs edildi

Dünyada İT-yə xərclənən vəsait 5 trilyon dolları keçəcək

Ən çox oxunanalar