Çərşənbə axşamı, 07 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Azəristiliktəchizat” ASC-yə ayrılan vəsaitlər hara xərclənir?


"Ağ Yol" Vətəndaş Hərəkatı: "Yəqin ki, ortada ciddi korrupsiya halları və ciddi məmur məsuliyyətsizliyi var"


Qış qapını döysə də, binaların istilik sisteminin hələ də təmin edilməməsi insanların narazılığını artırıb. 

Artıq "Azəristiliktəchizat” ASC-nın yarıtmaz fəaliyyətindən "Ağ Yol" Vətəndaş Hərəkatı da açıqlama yaymaq məcburiyyətində qalıb.

PİA.AZ həmin açıqlamanı olduğu kimi təqdime edir:

"İlham Əliyev: "Azəristiliktəchizat”-ı yaratdıq ki, Bakının və bütün ölkənin istilik problemini aradan qaldıraq”. 

Cənab Prezident, çox sağ olun ki, Siz bunu həll etmək üçün çalışdınız və fərman imzaladınız, vəsait ayırdınız. Amma keçən dövr ərzində ortada çox ciddi nəticələr yoxdur.

Artıq neçə illərdir ki, "Azəristiliktəchizat” diş çöpü ilə qəbr qazır. Hər il məsul şəxslər çıxıb bəyan edirlər ki, istilik problemi olmayacaq. Amma hər il olub və bu il isə problemlər ötən ildəkindən daha çoxdur. Binalara verilən istilik demək olar ki, çox zəifdir. Məktəblər, uşaq baxçaları və xəstəxanalar da lazım qaydada qızdırılmır. İstilik rəsmi olaraq 15 noyabrdan verilsə də, elə məktəblər var ki, bir həftə gecikmə ilə verilib.

Dövlət istiliyin təmin olunması üçün milyonlarla vəsait xərcləyir. Bəs bu vəsait hara gedir? Yəqin ki, ortada ciddi korrupsiya halları və ciddi məmur məsuliyyətsizliyi var.

Bu gün Azərbaycan inkişaf etmiş ölkə statusu almaq üçün səylər göstərir. İnkişaf etmiş ölkələrin milyonlarla binası, məktəbi, xəstəxanaları davamlı olaraq sabit istilik sistemi ilə təchiz edilir. Azərbaycanda da Cənab Prezidentin bu məsələyə ciddi önəm verdiyini bilirik. Bəs nədən "Azəristiliktəchizat” üzərinə düşən vəzifəni yerinə yetirmir?

Biz "Ağ Yol" Vətəndaş Hərəkatı olaraq əhalidən yüzlərlə şikayət məktubu alırıq. Onlar "Azəristiliktəchizat” ASC-dən çox narazıdırlar və bu gün yerinə düşər ki, bu qurum ciddi islahatlara məruz qalsın və məsul şəxslər ciddi şəkildə cəzalandırılsın və auditə məruz qalsın.

Kiçik bir ölkəni vəsaiti ola-ola istilik ilə təchiz etməyi təşkil edə bilməyən bir qurum istefaya getməlidir. Hazırda dünyada çox qənaətcil texnologiyalar mövcuddur və bir il ərzində bütün Azərbaycanı istilik ilə təchiz etmək olar. Az qala 10 ilə bu işi yerinə yetirə bilməyən bir qurum yenidən qurulmalı və bacarıqlı şəxslər isə rəhbərliyə gətirilməlidir".

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ədalət Şükürov həyat yoldaşı ilə birgə - Foto

DYP-nin “yol tənzimləmələri” və sürücülərin müsibətləri...

Bakıda həkim qadının bıçaqlanması ilə bağlı bəzi təfərrüat

Qəzada ölən qadın yenicə direktor vəzifəsindən azad edilibmiş

Almaniya Rusiyadakı səfirini geri çağırdığını təsdiqləyib - Yenilənib

Əhməd Cavadın nəticəsi: “Stalinin kim olduğunu soruşanda nənəm dedi ki, onun adını çəkmə!”

ABŞ səfiri: Mən bu gün Şuşada olmaqdan xoşbəxtəm - Video

Yeni Rusiya imperiyasının qaçılmaz süqutu - İmperiyanın məhvinə rəhbərlik edən isə Putindir...

“Gömrükçü” külli miqdarda pulu mənimsədi: Həbs edildi

Dünyada İT-yə xərclənən vəsait 5 trilyon dolları keçəcək

Ən çox oxunanalar