Bazar ertəsi, 06 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Dəyişikliklər gələcək inkişafa zəmin yaradır”


“Dünyada gedən proseslər, təbii ki, ölkələrin gündəmini də dəyişir, yeni reallıqlar ortaya çıxarır. Bu gün Azərbaycan müasirləşmə xətti götürübsə, özünü dünyaya müasir dövlət kimi təqdim edirsə, bu həm idarəçilikdə, həm qanunvericilikdə öz əksini tapmalıdır”


Teleqraf.com-un məlumatına görə, bu fikri Konstitusiyaya təklif olunan əlavə və dəyişiklikləri şərh edən Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini, Yeni Azərbaycan Partiyası Beynəlxalq əlaqələr şöbəsinin müdiri Sevinc Fətəliyeva ifadə edib.

Demokratiyanın inkişafının mütəmadi bir proses olduğunu diqqətə çatdıran millət vəkili vurğulayıb ki, Azərbaycan da azad, demokratik cəmiyyət quruculuğu yolunda inamlı addımlar atır. Prezident İlham Əliyev tərəfindən Konstitusiyaya təklif olunan əlavə və dəyişiklikləri də bu kontekstdən dəyərləndirmək lazımdır.

S.Fətəliyeva bildirib ki, Konstitusiyaya təklif olunan əlavə və dəyişikliklərin hamısı ölkəmizin yeni inkişaf mərhələsində günün tələblərinə uyğun olan aktual məsəslələrdir. Bu dəyişikliklər ayrı-ayrı istiqamətlərdə ölkənin gələcək inkişafına zəmin yaratmağa hesablanıb.
 
S.Fətəliyeva deyib: “Əlavə və dəyişikliklər milli təhlükəsizliyin möhkəmləndirilməsi, insan və vətəndaş hüquqlarının genişləndirilməsi, ölkədə idarəçilik sisteminin çevikliyinin və səmərəliliyinin artırılması kimi məsələlərin geniş spektirini əhatə edir. Mən gənclərə olan münasibəti xüsusi qeyd etmək istərdim. Hesab edirəm ki, əlavə və dəyişikliklərdə dövlət gənclər siyasəti öz əksini tapıb”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Nərçə Ağayevin 85 illiyi münasibətilə məzarı önündə anım tədbiri keçirilib - Fotolar

Ədalət Şükürovun qızının toyundan ilk - Video

Almaniyada futbol matçı zamanı iğtişaş: 155 polis xəsarət aldı

Türkiyəli diplomat İƏT Baş katibinin islamofobiya üzrə xüsusi nümayəndəsi təyin edilib

"Bakı marafonu 2023"ün qalibi: Hər şey mənim üçün asan oldu

COP29-un Bakıda keçirildiyi müddətdə dünyada hərbi əməliyyatlar dayandırıla bilər

ABŞ münaqişə başlayandan bəri ilk dəfə İsrailə sursat tədarükünü dayandırıb

DYP-nin “yol tənzimləmələri” və sürücülərin müsibətləri...

Azərbaycanın gənc gimnastı Avropa Kubokunda gümüş medal qazanıb

Ən çox oxunanalar